Şahbulaq qalası ətrafında turizm infrastrukturu yaradılacaq
![Şahbulaq qalası ətrafında turizm infrastrukturu yaradılacaq
Şahbulaq qalası ətrafında turizm infrastrukturu yaradılacaq](https://azvision.az/photos/2025/02/1686303445_425609417_0_106_3072_2036_1920x0_80_0_0_bc51d6f3aeee8516e4b992aac76ba90f-1738764565.jpg)
Belə ki, artıq bununla bağlı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzində müvafiq işlər start götürüb.
Qurum sözügedən işlərin icrasına 3,8 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən Şahbuqlaq qalası 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub.
AzVision.az
Teqlər: