İtaliyada helikopter qəzasında üç nəfər ölüb

İtaliyada helikopter qəzasında üç nəfər ölüb
  06 Fevral 2025    Oxunub:264
İtaliyanın Parma əyalətində helikopter qəzaya uğrayıb.
Qəza nəticəsində 3 nəfər həlak olub. Xilasedicilər helikopterin qalıqları arasından bir sərnişin və iki pilotun cəsədini çıxarıblar.

Sərnişin Lorenzo Rovaqnati “Gran Biscotto” şirkətinin varislərindən biridir. Helikopter Rovaqnati ailəsinə məxsus Orta əsrlərə aid qəsrin ərazisində qəzaya uğrayıb.

Qəzaya güclü dumanın səbəb olduğu bildirilib. Uçuşların Təhlükəsizliyi üzrə Milli Agentlik qəza ilə bağlı araşdırmaya başlayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti