Yük maşını körpüdən aşıb, sürücü ölüb

Yük maşını körpüdən aşıb, sürücü ölüb
  22 Aprel 2013    Oxunub:1375
Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) növbətçi hissəsindən Apa-nın cənub bürosuna verilən məlumata görə, hadisə aprelin 21-də saat 16.50 radələrində Lənkəran – Boradigah şosesinin Veravul kəndi ərazisində qeydə alınıb.

Lənkəranın Cil kənd sakini, 1989-cu il təvəllüdlü Pərviz Nəbi oğlu Babayevin idarə etdiyi “KamAZ” markalı, 90 NK 468 dövlət nömrə nişanlı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirib və “Veravulçay”ın üzərindəki körpüdən çaya aşıb.

Nəticədə maşının sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti