Seymur Adıgözəlov: 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırır

      Seymur Adıgözəlov:    2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırır
  06 Fevral 2025    Oxunub:305
İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən ötən il ərzində zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

Sahibkarlar sənaye zonalarına 6,9 milyard manat investisiya yatırıb
"Bunlardan 14-ü Ağdam Sənaye Parkının, 8-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib.

Göründüyü kimi bunlardan da 23-ü işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarının payına düşür. Yeni qeydiyyata alınan şirkətlər tərəfindən sənaye zonalarına əlavə 224,6 milyon manat investisiyanın yatırılması, 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırır",- deyə o qeyd edib.

AzVision.az



Teqlər:   Ağdam   Sənaye  





Xəbər lenti