Biznes kreditlərinə görə subsidiya verilməsinin müddəti artırılıb

   Biznes kreditlərinə görə subsidiya verilməsinin müddəti artırılıb
  06 Fevral 2025    Oxunub:279
Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci il tarixli və “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanlarına dəyişiklik edib.
AzVision.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda sahibkarların 2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-nə qədər banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiya veriləcək.

İndiyə qədər subsidiyanın verilmə müddəti ötən ilin sonuna qədər alınış kreditləri əhatə edirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti