Ukraynada Rusiyanın maraqları nəzərə alınacaq?

   Ukraynada Rusiyanın maraqları nəzərə alınacaq?
  06 Fevral 2025    Oxunub:345
Donald Tramp ABŞ prezidenti vəzifəsinin icarsına başalayandan Ukrayna münaqişəsinin dayandırılması barədə səsləndirilən bəyanatlar xeyli intünsivləşib. Bu müstəvidə hətta bir-birinə diametral şəkildə zidd olan proqnozlar da irəli sürülür.
AzVision.az xəbər verir ki, ABŞ prezidentinin Ukrayna problemi üzrə xüsusi nümayəndəsi Kit Kelloq Avropanın Ukrayna ilə bağlı “güzəştlər üzərində işləməyi” planlaşdırdığını iddia edib.

Kelloq bildirib ki, onları üzbəsurət görmək üçün gələn həftə Avropaya getməyimin səbəblərindən biri də budur. Bunu prezidentə çatdırıb deyə bilərəm ki, yaxşı, cənab prezident, bu onların qayğısıdır.

“Problemin mahiyyəti budur. Bu qırğını dayandırmaq üçün planlar qurarkən, oyunda iştirak edən hər kəsi duyduğunuza əmin olmalısınız. Bu şəxsi müzakirələrimizdən sonra siz əslində... güzəştlər üzərində işləyə bilərsiniz”, - Kit Kelloq “Fox News” telekanalında Avropa turnesindən sonra Donlad Trampa necə müraciət edəcəyini açıqlayıb.

Bununla belə, siyasətçi Donald Trampın Ukraynanın NATO-ya üzvlüyü məsələsində hansı mövqedən çıxış edəcəyinə cavab verməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kelloq   Rusiya   güzəştlər  





Xəbər lenti