Aİ Qəzzanı gələcək Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir

Aİ Qəzzanı gələcək Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir
  06 Fevral 2025    Oxunub:348
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qəzza sektoru ilə bağlı bəyanatlarını nəzərə alıb və münaqişənin iki dövlətli həllinə sadiq qaldığını təsdiqləyir.
AzVision.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasin mətbuat katibi Ənvər əl-Ənuni Brüsseldə keçirilən brifinqdə bildirib.

"Avropa İttifaqı həm israillilər, həm də fələstinlilər üçün uzunmüddətli sülhlə bağlı yeganə həll olaraq hesab etdiyimiz iki dövlətli həllə sadiq qalır. Qəzza gələcək Fələstin dövlətinin ayrılmaz hissəsidir", - o qeyd edib.

Mətbuat katibi əlavə edib ki, Aİ-nin mövqeyinə görə, Qəzzada fələstinli əhalinin zorla köçürülməsinə yol verilməməlidir.

Əl-Ənuninin sözlərinə görə, Brüssel atəşkəsin əldə edilməsini vəziyyətin müsbət inkişafı kimi qiymətləndirir.

"Lakin indi döyüş əməliyyatlarını tam dayandırmaq və regiona sülh və sabitlik gətirmək üçün növbəti mərhələlərə keçmək lazımdır", - o bildirib.

Qeyd edək ki, Tramp bir neçə dəfə Qəzza zolağının sakinlərinin Misir, İordaniya və ya digər ölkələrə köçürülməli olduğunu bəyan edib. O, ABŞ-nin anklavı nəzarətə götürməyə, orada minatəmizləmə işləri aparmağa və infrastrukturu bərpa etməyə hazır olduğunu bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti