ABŞ BCM-ə qarşı sanksiyalar tətbiq edib

   ABŞ BCM-ə qarşı sanksiyalar tətbiq edib
  07 Fevral 2025    Oxunub:304
ABŞ prezidenti Donald Tramp ABŞ və onun müttəfiqləri, o cümlədən İsrailə qarşı aparılan araşdırmalara görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı maliyyə sanksiyaları tətbiq edən sərəncam imzalayıb.
AzVision.az “Fox News” telekanalına istinadən xəbər verir ki, sənəddə BCM-in ABŞ-yə və İsrailə qarşı “qanunsuz və əsassız hərəkətlər etdiyi” vurğulanırş

“BCM hüquqi əsas olmadan, ABŞ və onun bəzi müttəfiqlərinin, o cümlədən İsrailin şəxsi heyətinə qarşı yurisdiksiyasını təsdiq edib və ilkin araşdırmalara başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş Müdafiə naziri Yoav Qalanta qarşı əsassız həbs orderləri verməklə səlahiyyətlərindən daha da sui-istifadə edib”, - sərəncamda bildirilir.

Sənəddə, həmçinin qeyd olunur ki, BCM ABŞ və ya İsrail üzərində yurisdiksiyası yoxdu, çünki heç bir ölkə Roma Statutunun tərəfi və ya məhkəmənin üzvü deyil. Mətndə deyilir: “Heç bir ölkə heç vaxt BCM-in yurisdiksiyasını qəbul etməyib və hər iki ölkə müharibə qanunlarına ciddi şəkildə riayət edən orduları ilə inkişaf edən demokratiyalardır”.

BCM-in hərəkətləri isə ABŞ-nin suverenliyini pozur, Amerika hökumətinin və Vaşinqtonun müttəfiqlərinin, o cümlədən İsrailin kritik milli təhlükəsizlik və xarici siyasət işlərinə xələl gətirir.

Sərəncam ABŞ vətəndaşlarına və onların müttəfiqlərinə, habelə onların ailə üzvlərinə qarşı BCM-in araşdırmalarını dəstəkləyən məhkəmə məmurlarına maliyyə sanksiyaları və viza məhdudiyyətləri tətbiq edir.

Vaşinqton “BCM-in pozuntularına” görə məsuliyyət daşıyanlara qarşı əhəmiyyətli dərəcədə məhdudlaşdırıcı tədbirlər tətbiq olunmasını nəzərdə tutur. Bu tədbirlərə əmlakın, aktivlərin bloklanması, eləcə də BCM üzvlərinin, habelə onların ailələrinin ABŞ-yə girişinə qadağa da daxil ola bilər.

- Sanksiyalardan məhkəməni bağlamaq, sadəcə əl qolunu bağlamaq yox, onu məhv etmək üçün istifadə olunacaq”, - BCM-in vəzifəli rəsmilərindən biri “The Guardian” nəşrinə deyib.

Sanksiyalar BCM-in bank və ödəniş sistemlərinə, İT infrastrukturuna çıxışını təhlükə altına salacaq və ABŞ-də yerləşən şirkətlərin məhkəmə ilə iş aparmasına və ya məhkəmə əməliyyatları aparmasına mane olacaq.

Əsas problemlər arasında BCM-in İT sistemlərinin modernləşdirilməsinə kömək edən Amerikanın “Microsoft” şirkətindən asılılığı var. “Microsoft Azure” bulud platforması o qədər vacibdir ki, nəşrin mənbələri məhkəmənin fəaliyyətinin iflic olacağını proqnozlaşdırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   BCM   sanksiyalar  





Xəbər lenti