Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi açılır
Mingəçevir-Şuşa-Mingəçevir reysi üzrə bir istiqamət üçün biletin qiyməti 5,50 manat təşkil edir. Bu reys üzrə Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələri kimi müəyyən edilib. Mingəçevir-Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 4,50 manat, Mingəçevir – Xankəndi aralıq məntəqəsi üçün biletin qiyməti 5 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
AzVision.az
Teqlər: