Məktəbdə paylanan vərəqələrdə ictimai təhlükəli hal aşkarlanmayıb

Məktəbdə paylanan vərəqələrdə ictimai təhlükəli hal aşkarlanmayıb
  07 Fevral 2025    Oxunub:284
Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub, bu vərəqələrdə ictimai təhlükəli hal və kriminal tərkib aşkarlanmayıb
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev iki azyaşlının onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələri 25 məktəbliyə payladığını bildirib. Onun sözlərinə görə, polis əməkdaşları bütün xüsusları tam və hərtərəfli araşdıraraq yoxlayıb və iş üzrə əməldə ictimai təhlükəli hal aşkar etməyib və burada kriminal tərkib yoxdur.

DİN rəsmisi valideynlərə çağırış edərək tövsiyə edib ki, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var:

“Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.

E.Hacıyev əlavə edib ki, DİN ali və ümumi təhsil müəssisələrində oxuyanların zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində kompleks iş aparır, heç bir çağırışa polis etinasız yanaşmır.

AzVision.az



Teqlər:





Xəbər lenti