Şəhid Elşən Tağıyevin nəşinin qalıqları torpağa tapşırılıb
![Şəhid Elşən Tağıyevin nəşinin qalıqları torpağa tapşırılıb Şəhid Elşən Tağıyevin nəşinin qalıqları torpağa tapşırılıb](https://azvision.az/photos/2025/02/1738920615228097153_1200x630-1738921953.jpg)
Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları dəfn üçün Salyanın Seyidsadıqlı kənd qəbiristanlığa gətirilərək, yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan Bayrağı qardaşına təqdim olunub.
Qeyd edək ki, Tağıyev Elşən Qubad oğlu 1971-ci ildə Salyanda dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1994-cü ilin yanvarında Füzulinin Şükürbəyli kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Elşən Tağıyev naməlum şəhid kimi İmişlinin Şəmmədli kənd məzarlığında dəfn edilən şəhidlərimizdən biri olub. Onun şəxsiyyəti dəqiqləşdirilərək aidiyyəti üzrə təhvil verilib.
AzVision.az
Teqlər: