Dəməşq Suriyadakı hərbi bazalar barədə mövqeiyini açqılayıb

   Dəməşq Suriyadakı hərbi bazalar barədə mövqeiyini açqılayıb
  07 Fevral 2025    Oxunub:278
Rusiyanın Suriyadakı hərbi bazaları Suriyanın yeni hökuməti üçün faydalı olacağı halda qalacaq.
AzVision.az xəbər verir ki, Suriyanın Müdafiə naziri Mürhaf Əbu Kəsra “The Waşinqton Post (WP)” qəzetinə müsahibəsində belə deyib. Onun sözlərinə görə, Moskvanın Suriyanın yeni hökumətinə münasibəti keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra “xeyli yaxşılaşıb”.

Dəməşqin müxtəlif ölkələrlə müdafiə sazişləri əldə etmək imkanını nəzərdən keçirdiyini vurğulayan Mürhaf Əbu Kəsra Suriyanın ABŞ və Türkiyə ilə respublika ərazisindəki hərbi bazalarının statusu barədə “çətin danışıqlar” apardığını bildirib.

“Hamı Trampın hakimiyyətə gələcəyini gözləyirdi. Amerika administrasiyası və yeni Suriya hökumətinin bu məsələni həll etməsi üçün bir qədər vaxt tələb olunacaq”, – Suriyanın Müdafiə naziri deyib.

Suriyanın yeni hakimiyyəti Rusiyadan təzminat istəyib
Xatırladaq ki, yanvar ayının sonlarında Suriyaya səfər edən Rusiya nümayəndə heyətinin apardığı danışıqlarda rəsmi Dəməşq Moskva ilə münasibətlərin bərpasının “keçmiş səhvləri nəzərə almalı və Suriya xalqının iradəsinə hörmət etməli” olduğunu bildirib. Suriyanın yeni hakimyyət orqanları, həmçinin ölkənin bərpası üçün Rusiyanın təzminat ödəməsini də istəyib.

Amma bu? Rusiyanın Suriyadakı hərbi bazalarının qalması üçün təminatıv verilməsi demək deyil. Suriyanın Müdafiə nazirinin son açıqlaması da dolayısı ilə bunu təsdiqləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   bazalar  





Xəbər lenti