Peskov "Rus evi"nin bağlanmasından danışdı: "Təəssüf edirik!"

 Peskov "Rus evi"nin bağlanmasından danışdı:    "Təəssüf edirik!"
  07 Fevral 2025    Oxunub:312
Kreml Bakıdakı "Rus evi"nin bağlanmasından təəssüflənir. Bu məsələ prezidentlər Vladimir Putin ilə İlham Əliyevin quracağı dialoq zamanı gündəmə gələ bilər.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

Azərbaycan Bakıdakı “Rus evi”nin bağlanmasını tələb edib
O, deyib: “Biz buna təəssüf edirik. Hesab edirik ki, bu, ikitərəfli təmaslarla həll oluna bilən anlaşılmazlıqdır. Müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında bu məsələni qaldıracağıq. Biz yaxşı, ənənəvi münasibətlərimizi rəhbər tutaraq problemləri dialoq yolu ilə həll edəcəyik”.

Xatırladaq ki, fevralın 7-də Azərbaycan Bakıdakı "Rus Evi"nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabda deyib ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

“Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir”,- o qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kreml   Peskov  





Xəbər lenti