Türkmənistanda Azərbaycan məhsullarının onlayn satışı başlanılıb
![Türkmənistanda Azərbaycan məhsullarının onlayn satışı başlanılıb
Türkmənistanda Azərbaycan məhsullarının onlayn satışı başlanılıb](https://azvision.az/photos/2025/02/1738927119184147897_1200x630-1738927410.jpg)
Bu platformalar böyük bir istehlakçı auditoriyasına malik olduğu yerlərdir. İlkin olaraq, müxtəlif kateqoriyalarda məhsullar, o cümlədən çaylar, mürəbbələr, meyvə suları və digər konservləşdirilmiş qidalar təbii tərkibi və yüksək keyfiyyəti ilə alıcılara onlayn platformalarda təqdim edilir.
“Made in Azerbaijan” brendi məhsullarının Türkmənistan bazarında satışının onlayn formatda təqdim edilməsi onların daha geniş auditoriyaya çatmasına və daha çox müştəriyə əlçatan olmasına xidmət edir. Azərbaycanın istehsal etdiyi məhsullar təbii tərkibi və yüksək keyfiyyəti ilə türkmən alıcılarının diqqətini cəlb etməsinə imkan yaradır.
Satışda olan Azərbaycan məhsulları türkmən alıcıları tərəfindən keyfiyyət və qiymət baxımından rəğbətlə qarşılanır. Xüsusilə orqanik tərkibdə Azərbaycan çaylarının təbii qatqılarla zəngin olması istehlakçıların marağını daha çox cəlb edir.
AzVision.az
Teqlər: