Yaponiya Rusiya ilə sülh istəyir

   Yaponiya Rusiya ilə sülh istəyir
  07 Fevral 2025    Oxunub:288
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq siyasətinə sadiqdir və İkinci Dünya müharibəsinin bitməsindən 80 il sonra belə bir sənədin olmamasını “təəssüf doğuran fakt” hesab edir.
AzVision.az xəbər verir ki, Yaponiyanın Baş naziri Siqeru İsiba “Şimal ərazilərinin, yəni Kuril adalarının cənub hissəsinin qaytarılması üçün milli mitinq”də nümayiş etdirilən videomüraciətində belə deyib. bildirib. Hazırda Yaponiya hökumətinin başçısı ABŞ-yə səfərdədir.

“Çox təəssüf ki, müharibənin bitməsindən 80 il keçsə də, indi də şimal əraziləri məsələsi həll olunmayıb və Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi bağlanmayıb. Yaöoniya hökuməti dörd şimal adasına sahiblik məsələsini həll etmək və sülh müqaviləsi bağlamaq qərarına sadiqdir”, - Siqeru İsiba vurğulayıb.

Yaponiyanın Baş naziri, həmçinin Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Moskva ilə Tokio arasında münasibətlərdə vəziyyətin çətin olaraq qaldığını bir daha diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Yaponiya   Rusiya   sülh  





Xəbər lenti