Ukrayna ilk dəfə Avropa İttifaqına biometan ixrac edib

Ukrayna ilk dəfə Avropa İttifaqına biometan ixrac edib
  07 Fevral 2025    Oxunub:316
Ukrayna istehsalçısı 2025-ci ilin fevralında boru kəməri vasitəsilə Avropa İttifaqına biometan nəql edib. İlk ixrac həcmi 67 min kubmetr təşkil edib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirlikdən bildirilib ki, istehsalçılar biometan qurğularını qaz-nəqliyyat sisteminə və ya qazayırıcı şəbəkələrə birləşdirərək Ukrayna qaz-nəqliyyat sistemi ilə Avropa İttifaqı ölkələrinə biometan ixrac edə bilərlər.

Biometan istehsalçıları üçün Ukrayna qaz-nəqliyyat sisteminə qoşulma, nəqliyyat şərtləri və rüsumlar təbii qaz hasilatçıları qarşısında qoyulan şərtlərlə eynidir.

“Ukraynadan Aİ ölkələrinə biometan ixracının başlanması nəinki bizim enerji sektorunda yeni imkanlar yaradır, hətta iqtisadiyyatın karbonsuzlaşdırılmasına və fosil yanacaqdan asılılığın azalmasına gətirib çıxarır. Ukrayna Avropaya təmiz enerjinin nəqlində etibarlı təchizatçı olmağa hazırdır”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ukrayna ilə Aİ arasında biometan, hidrogen və digər sintetik qazlar sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum 2023-cü ilin fevralında imzalanıb.

Biometan bazarının fəaliyyətini təmin etmək məqsədilə Ukrayna Maliyyə Nazirliyinin əmrinə əsasən, Ukrayna biometanının ixracının gömrük rəsmiləşdirilməsi qaydası təsdiq edilib. Bu qayda 2024-cü ilin sentyabrında qüvvəyə minib.

Biometan xarakteristikası təbii qaza uyğun gələn təmizlənmiş bioqazdır. Ondan isitmədə, elektrik enerjisinin istehsalında, nəqliyyat üçün yanacaq qismində istifadə edilə bilər. Bilmək lazımdır ki, bu bioqazı yeni şəbəkələrə əlavə xərclər çəkmədən qaz infrastrukturuna inteqrasiya etmək olur. Bu da onun daha geniş sahələrdə istifadəsini əlverişli edir.

AzVision.az



Teqlər:





Xəbər lenti