Zelenskidən "mineral tərəfdaşlıq" təklifi: "Gəlin, şərt kəsək!"

Zelenskidən "mineral tərəfdaşlıq" təklifi: "Gəlin, şərt kəsək!"
  08 Fevral 2025    Oxunub:335
Zelenski Ukraynanın mineral ehtiyatlarını müttəfiqləri ilə bölüşməyin şərtlərini açıqlayıb.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski "Reuters" agentliyinə müsahibəsində bildirib ki, Ukrayna mineral ehtiyatlarını yalnız təhlükəsizliyinin təmin olunmasına dəstək müqabilində bölüşməyə hazırdır.

- Ukrayna torpaqları çox zəngindir. Amma bu o demək deyil ki, biz onu kiməsə, hətta strateji tərəfdaşımıza peşkəş etməliyik. Söhbət partnyorluqdan gedir... Gəlin bunu birlikdə inkişaf etdirək, birlikdə pul qazanaq və ən əsası Qərb dünyasının təhlükəsizliyini birlikdə təmin edək... İnvestisiya modelləri müxtəlif ola bilər... Tərəfdaşlar necə investisiya edəcəklərini öncədən razılaşdırırlar. Məsələn, iki tərəfdaş varsa, razılaşma əllinin-əlliyə olur.  Ola bilsin iki, üç və ya dörd tərəfdaş olsun... ABŞ birincidir – bu planı ilk dəfə onunla paylaşmışıq -, deyə, Ukrayna prezidenti müsahibəsində bildirib.

Volodimir Zelenski Reuters-in jurnalistlərinə Ukraynanın nadir torpaq ehtiyatlarının xəritəsini göstərib.

Ukrayna prezidentinin sözlərinə görə, sözügedən ehtiyatlar “uran, titan və manqan filizləri, nadir torpaq elementləri, litium, təbii qaz və digər resurslardır ki, geosiyasət məhz onlardan asılıdır" və onların dəyəri trilyonlarla ölçülür.

“Bax elə buna görə də, ruslar Zaporojye bölgəsini, bütün Donetski istəyirlər. Çünki, böyük pullar tutacaqlar ”, - Zelenski deyib.

Xatırladaq ki, bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Ukraynadan Rusiya ilə müharibədə hərbi xərclərə maliyyə yardımı müqabilində nadir mineral ehtiyatlarını istəmişdi.

Bu arada Tramp gələn həftə Zelenski ilə nadir mineral ehtiyatların təhlükəsizliyini müzakirə etmək üçün görüşəcəyini açıqlayıb.

Məhəmmədəli Həsənli
AzVision.az




Teqlər:





Xəbər lenti