2024-cü ildə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasında (ARVK) bir sıra beynəlxalq, yerli mühüm tədbirlər, təlimlər həyata keçirilib, vəkillərin sayı artıb, o cümlədən hüquqi maarifləndirmə işləri aparılıb.
ARVK-da son bir il ərzində görülən işlər, aparılan ardıcıl və sistemli islahatlara dair hesabatı təqdim edirik:
Vəkilliyə qəbul
Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci il aralığında (14 il ərzində) 5 yazılı test imtahanı, son 7 il ərzində isə 14 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfədən çox artıb.
2024-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 15 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. 26.05.2024 və 18.12.2024-cü il tarixlərdə keçirilən ixtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 911 namizəd iştirak edib və 377 nəfər müvəffəqiyyət qazanıb. Eyni zamanda hesabat ili ərzində 148 nəfər şifahi müsahibədə iştirak edib. Bildirmək istərdik ki, bu namizədlərdən 58 nəfərin nəticələri elan olunub və 44 nəfər növbəti mərhələyə keçib, 107 nəfər isə vəkil andı içib. Yekunda vəkillərin sayı artaraq 2503-ə çatıb.
26.05.2024-cü il tarixdə keçirilən imtahanda müvəffəqiyyət qazanmış namizədlərlə isə hazırda şifahi müsahibə davam edir.
Bildirmək istərdik ki, ARVK-nın sədri Anar Bağırovun Ədliyyə Akademiyasında fevralın 21-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 60 vəkilliyə namizədlə, mayın 27-də isə 45 vəkilliyə namizədlə görüşü keçirilib. Görüşdə çıxış edən sədr namizədlərə uğurlar arzulayıb, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirildiyini dilə gətirib.
Həmçinin Kollegiyanın Rəyasət Heyətinin 10.07.2024-cü il tarixli iclasında ARVK üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilib və Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı elektron sistemin təqdimatı olub.
Hazırda ölkəmizdə fəaliyyət göstərən 2503 vəkildən 2003 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2034 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir.
Beynəlxalq əməkdaşlıq
İlk olaraq qeyd edək ki, 2024-cü ildə də ARVK üçün beynəlxalq arenada əlamətdar il olub. Belə ki, görülən işlərin davamı kimi, ARVK üzvü, Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri, Kollegiyanın beynəlxalq nüfuzlu təşkilat olan Avropa Gənc Vəkillər Assosiasiyasındakı (EYBA) səlahiyyətli nümayəndəsi Yunis Nəsibov EYBA-nın Audit Komitəsinə üzv seçilib, habelə son 7 il ərzində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Beynəlxalq Vəkillər Assosiasiyası (UIA), Avropa Vəkillər Assosiasiyasına (AEA-EAL) üzv qəbul olunub, o cümlədən 2024-cü ildə də həmin təşkilatlarla və BMT-nin ixtisaslaşmış qurumları, Avropa Şurası, Dünya Bankı ilə əməkdaşlıq münasibətləri davam etdirilərək daha da möhkəmləndirilib.
Bundan başqa, ARVK rəhbərliyi və üzvləri Avstriya, Serbiya, Polşa, Türkiyə, Qazaxıstan və Gürcüstanda keçirilən tədbirlərə birbaşa, vebinarlar və simpoziuma isə onlayn qatılıb, Azərbaycan vəkilliyini təmsil və çıxışlar edib, təcrübə mübadiləsi həyata keçirilib.
Digər tərəfdən isə Kollegiya rəhbərliyi Bakıda təşkil olunan beynəlxalq tədbirlərdə iştirak edib, o cümlədən xarici qonaqların, vəkillərin ölkəmizə səfəri çərçivəsində qarşılıqlı olaraq, bu sahədə əməkdaşlıq gücləndirilib. Bildirmək istərdik ki, hesabat ili ərzində ARVK Rəyasət Heyətinə beynəlxalq təşkilatlardan 123 sənəd daxil olub, bir sıra beynəlxalq səfərlər, görüşlər keçirilib, Kollegiya üzvləri təlim və seminarlarda iştirak edib.
Beləliklə, xronoloji olaraq qeyd edək ki, yanvarın 29-da ARVK-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ölkəmizdə növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Seçki Müşahidə Missiyasının hüquqi analitiki Svetlana Chetaikina ilə görüş keçirilib, Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib.
Fevralın 7-10-da Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Vyana şəhərində Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 52-ci konfransında iştirak edib. Gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə Anar Bağırovla Avropa Vəkillər Kollegiyaları rəhbərləri və bir sıra ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi, habelə Avropa Vəkillər Kollegiyalarının təşkilatı çərçivəsində gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
28.02.2024-cü il tarixdə isə Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev Türkiyədə işğüzar səfərdə olub, İstanbul Barosunun prezidenti Filiz Saraç ilə görüşüb.
Həmçinin martın 1-də ARVK rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib, Kollegiyanın sədri Anar Bağırov çıxış edib.
01-02 mart tarixlərində isə ARVK Rəyasət Heyətinin üzvləri - Lalə Nağıyeva, İlhamə Həsənova və Kollegiya Aparatının baş hüquqşünas məsləhətçisi (hazırda Aparat rəhbərinin müavini) Səttar Məmmədov Serbiya Vəkillər Kollegiyasının dəvəti ilə Serbiyada Vəkil Günü münasibətilə keçirilən təntənəli tədbirdə iştirak etmək üçün Belqrad şəhərində rəsmi səfərdə olub. Nümayəndə heyəti səfərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərində yerləşən büstünü ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad edib.
Eyni zamanda 06-08 mart tarixlərində AEA-EAL və Polşanın Maria Curie-Sklodovska Universitetinin Hüquq və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Müasir rəqəmsal transformasiyalar mühitində hüquq peşəsi. Çağırışlar və dilemmalar” mövzusunda sözügedən ölkənin Lublin şəhərində beynəlxalq konfrans keçirilib. ARVK-nın, “Elektron vəkillik", Biznes Hüququ” və AEA-EAL-in İKT komitələrinin üzvü İlham Hüseynov sözügedən konfransa qatılıb və “Beynəlxalq hüquqda maliyyə öhdəliklərinin hüquqi tənzimlənməsində süni intellektin rolu” mövzusunda çıxış edib.
Bundan başqa, 7-10 mart tarixlərində Türkiyənin İstanbul şəhəri, İstanbul Barosunda EYBA-nın təşkilatçılığı ilə “Vəkillikdə innovativ sərhədlər: texnologiya və qloballaşmanın kəsişməsinin istiqamətləndirilməsi” mövzusuna həsr olunan konfrans keçirilib. ARVK-nın EYBA-dakı səlahiyyətli nümayəndəsi Yunis Nəsibov, Kollegiyanın üzvləri - Nərmin Zülfüqarlı, Anar Tağızadə, Nurəngiz Qarayeva, Ənvər Əmirəliyev və Sübhan Əliyev sözügedən konfransa qatılıb.
Martın 13-də isə Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) Şərqi Avropa Komitəsi tərəfindən Azərbaycan, Türkiyə, Serbiya və Rumıniya respublikalarında Biznesin Aparılması (“Doing Business”) istiqamətində “Doing Eastern” mövzusuna həsr edilən beynəlxalq vebinar keçirilib, ARVK sədri, eyni zamanda FBE-nin Şərqi Avropa Komitəsinin üzvü Anar Bağırov açılış nitqi ilə çıxış edib.
05.04.2024-cü il tarixdə AEA-EAL və ARVK-nın birgə təşkilatçılığı ilə “Vəkillər: Ünsiyyət, İctimailəşdirmə və Reklam. Azərbaycan və Avropa təcrübəsi" mövzusunda vebinar keçirilib. “Zoom” platforması üzərindən birbaşa 70-dən çox iştirakçının qoşulduğu tədbirdə Kollegiya sədri Anar Bağırov çıxış edib.
Bundan əlavə, aprelin 6-8 tarixlərində Polşanın paytaxtı Varşava şəhərində ARVK-nın üzvü Ruhiyyə İsayeva FBE-nin və Varşava Vəkillər Kollegiyası tərəfindən təşkil olunan, habelə Avropanın bir çox tanınmış, istedadlı vəkil qadınlarını bir araya toplayan “Vəkillikdə Qadın Liderlər Varşava Sammiti - 2024”də iştirak edib.
Həmçinin aprelin 17-də CCBE-nin “Mübadilə, əməkdaşlıq və dəstək platforması” (PECO) Komitəsinin növbəti iclası keçirilib. Onlayn formatda təşkil edilən iclasda ARVK Rəyasət Heyətinin üzvü, Kollegiyanın PECO-dakı səlahiyyətli nümayəndəsi Elçin Usub iştirak edib və iştirakçıları ARVK-nın Hüquqi Yardım Mərkəzinin təcrübəsi barədə məlumatlandırıb.
Aprelin 18-də isə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “İngilis hüquq forumu” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib. Konfransda ARVK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib və sədr açılış nitqi ilə çıxış edib.
Aprelin 25-də isə ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, Baş katib Bayram Orucov (keçmiş Baş katib) və “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev Dünya Bankının dövlət sektoru üzrə nümayəndəsi, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin tapşırıq üzrə qrup rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Şahmar Məmmədov çıxış edib.
Eyni zamanda mayın 16-da ARVK və Küveyt Vəkillər Kollegiyası arasında birgə əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib. Kollegiyanın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib.
16-18 may 2024-cü il tarixlərində isə Türkiyənin Balıkesir Universitetinin təşkilatçılığı ilə 10-a yaxın xarici təhsil müəssisələrini birləşdirən İnzibati hüquq və inzibati yurisdiksiyaya dair beynəlxalq simpozium keçirilib, Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev və ARVK-nın İxtisas Komissiyasının sədri, hüquq elmləri doktoru Turqay Hüseynov çıxış ediblər.
16-17 may tarixlərində isə İsveçrənin Lozanna şəhərində CCBE plenar iclası və tədbirləri keçirilib və ARVK-nın Rəyasət Heyətinin üzvü Elçin Usub iştirak edib.
Bundan başqa, mayın 23-24-də ARVK sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi səfərdə olub. Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib. Mərasimdə ARVK-nın sədri Anar Bağırov çıxış edib. Tədbirdə Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri niyyət bəyannaməsi imzalayıb.
Səfər çərçivəsində Türk dünyası Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri Türkiyənin ədliyyə naziri Yılmaz Tunçu, Ali Məhkəməsinin sədri Ömər Kerkezi, Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcını və Danıştay (Ali-İnzibati Məhkəmə) sədri Zeki Yiğiti ziyarət edib, görüşlər keçiriblər. Mərasimdə ARVK-nın sədri Anar Bağırov və digər Kollegiya rəhbərləri çıxış ediblər.
Səfərin üçüncü günü ARVK-nın nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkını ziyarət edərək Azərbaycan xalqının Ümummilli Liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyub, xatirəsini dərin ehtiram və hörmətlə yad ediblər.
Bundan əlavə, ARVK sədri Anar Bağırov Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib, fikir mübadiləsi aparıb. Daha sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
Eyni zamanda ARVK-nın nümayəndə heyəti “Azaflı Hukuk ve Danışmanlık Bürosu”nun müdiri, Ankara Vəkillər Kollegiyasının üzvü Arzuman Azaflı ilə görüşüblər, vəkillik fəaliyyətinə dair məsələlər müzakirə olunub.
1-12 iyun tarixlərində isə Litvanın paytaxtı Vilnüs şəhərində “Qeyri-maliyyə institutları və peşə sahibləri (Designated Non-Financial Businesses and Professions - DNFBPs) və virtual aktiv xidməti təminatçılarına (Virtual Assets Service Providers - VASPs) AML/CFT nəzarəti: sahəvi spesifik tədbirlərin praktik tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilib və ARVK-nın üzvü Əsədov Anar Varis oğlu sözügedən konfransa qatılıb.
İyunun 4-də isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən Türk Ədliyyə Təlim Şəbəkəsinin fəaliyyəti çərçivəsində “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilib və ARVK-nın sədri Anar Bağırov çıxış edib.
Bundan başqa, iyulun 12-də İran İslam Respublikasının (İİR) Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə ARVK rəhbərliyi ilə İİR-nin səfirinin vəzifələrini icra edən - müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib, Kollegiya sədri Anar Bağırov çıxış edib.
Həmçinin iyunun 13-də Qazaxıstanda "Qanunvericiliyin təkmilləşdirilməsi məsələləri: Vəkillik və hüquqi yardım" mövzusunda beynəlxalq dəyirmi masa keçirilib, hibrid formatında təşkil edilən tədbirə ARVK-nın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov və onun rəhbərlik etdiyi nümayəndə heyəti qoşulub. Sədr "Azərbaycanda vəkillik institutunun islahatı təcrübəsinin unikallığı nədir?" mövzusunda çıxış edib.
Eyni zamanda Milli Məclisə sentyabrın 1-də keçirilən növbədənkənar seçkilərlə bağlı ölkəmizdə səfərdə olmuş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının nümayəndəsi - həmin qurumun hüquqi təhlilçisi Branislav Soloviç ilə avqustun 27-də ARVK-da görüş keçirilib və Kollegiyanın sədri Anar Bağırov çıxış edərək rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib.
Avqustun 29-da isə ARVK Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov, Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev və Vəkillər Kollegiyası Akademiyasının əməkdaşları İstanbul Universiteti - Cərrahpaşada təşkil olunmuş “The 9th Conference on Control and Optimization with Industrial Applications - COIA-2024” konfransında onlayn məruzələrlə çıxış ediblər.
05.09.2024-cü il tarixində isə ARVK Hüquqi Yardım Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Hüquq şöbəsinin müdiri İvan Charnetskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib və Kollegiyanın sədr müavini, Mərkəzin direktoru Şahmar Məmmədov çıxış edib.
Bundan əlavə, sentyabrın 6-da Bakıda Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Law and climate” adlı beynəlxalq konfrans keçirilib və Kollegiyanın sədri Anar Bağırov çıxış edib.
Sentyabrın 13-də isə Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində (COP29) ölkəmizdə səfərdə olmuş COP29 “İqlim hüququ və idarəetməsi” üzrə Təşəbbüsünün Qiymətləndirmə Missiyasının əməkdaşları - Böyük Britaniyanın Kembric Universitetinin Hüquq fakültəsinin professoru, Hughes Hüquq Elmlərinin direktoru, Lauterpacht Beynəlxalq Hüquq Mərkəzinin işçisi Markus Gehring, həmin universitetin Hüquq fakültəsinin, Davamlı İnkişaf üzrə Beynəlxalq Hüquq Mərkəzinin elmi işçisi və meneceri Tejas Rao ilə ARVK-da görüş keçirilib, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub son illərdə vəkillik sahəsində görülən işlərdən danışıb.
Həmçinin sentyabrın 12-14 tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində AEA-EAL ilə Vyanada yerləşən “Women in Law” təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Hüququn hər kəs üçün cəlb edici edilməsi: Karyeranızı inkişaf etdirin, başqalarını gücləndirin və gələcəyi formalaşdırın” mövzusunda beynəlxalq konfrans keçirilib. ARVK-nın üzvü Əminə İsmayılzadə sözügedən konfransa qatılıb.
Eyni zamanda oktyabrın 15-də Hüquqi Yardım Mərkəzində Rusiyanın İrkutsk əyalətinin Vəkillər Palatasının prezidenti Oleq Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib və Kollegiyanın sədri Anar Bağırov çıxış edib.
Oktyabrın 24-də isə Bakı Konqres Mərkəzində dünyanın müxtəlif ölkələrindən gələn 50-dən artıq beynəlxalq hüquqşünasın iştirakı ilə “ICE Baku 2024: İqlim dəyişiklikləri və enerji hüququ” mövzusunda beynəlxalq konfransın açılış mərasimi olub, Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək konfransın əhəmiyyətini geniş şəkildə izah edib.
Bundan əlavə, noyabrın 29-da Hüquqi Yardım Mərkəzində Rusiyanın Moskva Gənc Vəkillər Palatasının rəhbəri Dmitriy Kravçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib, ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edib.
17.12.2024-cü il tarixində Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Türk Ədliyyə Şəbəkəsinin fəaliyyəti çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfrans keçirilib. Kollegiyanın sədri Anar Bağırov çıxış edib.
Beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən təlimlər və seminarlar
Məlum olduğu kimi, son illər ARVK ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində "Uşaqyönümlü hüquqi yardım - uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti" mövzusunda təlimlər keçirilib. Hesabat ilində də vəkillərə sözügedən təlimlər təşkil edilib. 101 vəkilin iştirak etdiyi təlim ümumilikdə 6 qrup olmaqla təşkil edilmişdi. Təlimçi qismində Kollegiyanın üzvü, UNİCEF-in eksperti, hüquqşünas-təlimçi Rafiq Alışov iştirak edib və sonda iştirakçılara iştirakçılara sertifikatlar təqdim olunub.
Belə ki, yanvarın 30-da ARVK, Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda HİHİ-də növbəti birgünlük təlim keçirilib. 18 vəkilin qatıldığı təlimdə Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev çıxış edib.
Fevralın 28-də isə ARVK və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şəki şəhərində “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda növbəti təlim keçirilib, Şəki, Zaqatala, Qax və Göyçay şəhərlərində fəaliyyət göstərən ümumilikdə 10 vəkil iştirak edib.
Bundan başqa, martın 11-12-də ARVK və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda təlim təşkil olunub və 15 vəkil iştirak edib.
Eyni zamanda martın 30-da ARVK və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda növbəti təlim keçirilib və 15 vəkil qatılıb.
Həmçinin aprelin 26-da Lənkəran şəhərində ARVK və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda növbəti təlim təşkil olunub və Lənkəran, Astara və Masallı Vəkil bürolarında fəaliyyət göstərən 14 vəkil iştirak edib.
Aprelin 30-da isə ARVK və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusu” mövzusunda seminar keçirilib və Kollegiyanın sədri Anar Bağırov iştirak edərək çıxış edib.
Bundan əlavə, iyunun 1-də Ali Məhkəmədə ELSA Azərbaycan tərəfindən ARVK-nın tam dəstəyi ilə təşkil olunan XIII Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilib və Kollegiyanın sədri Anar Bağırov çıxış edərək finalçıları təbrik edib.
Eyni zamanda noyabrın 16-da ARVK ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında olan Anlaşma Memorondumuna əsasən, “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda Sumqayıt şəhərində fəaliyyət göstərən vəkillər üçün təlim keçirilib. 29 vəkilin qatıldığı təlimdə Kollegiyanın üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı və Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev çıxış edib.
Bundan başqa, dekabrın 20-də Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən ARVK-nın tam dəstəyi ilə təşkil edilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının X buraxılışının final mərhələsi keçirilib. Həlledici mərhələdə “Liberta” və “GoodFellaws” komandaları qarşılaşıb. Müsabiqədə “GoodFellaws” komandasını təmsil edən Bakı Dövlət Universitetinin (BDU) 3-cü kurs tələbələri Tural Dəmirov və Murad Əsgərov I yer və “Ən yaxşı memorial (cavabdeh kimi)” yazan komanda elan olunublar. “Liberta” komandasının üzvləri – BDU-nun 2-ci və 3-cü kurs tələbələri Səmayə Abbasquliyeva və Pərvin Yusifli II yer tutub və “Ən yaxşı memorial (ərizəçi kimi)” yazan komanda adını qazanıb. Eyni zamanda Tural Dəmirov müsabiqənin “Ən yaxşı natiq”i seçilib.
Rəyasət heyəti və vəkillərə dəstək
2024-cü il ərzində ARVK Rəyasət Heyətinin 21 iclası keçirilib. İclaslarda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimləri keçirilib, Vəkillərin İntizam Komissiyasının rəylərinə, bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması, onların mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunması, maddi yardımın edilməsi, habelə borclarının silinməsi, başqa vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərinə, o cümlədən Rəyasət Heyətinin səlahiyyətləri çərçivəsində digər məsələlərə baxılaraq ümumilikdə 246 qərar qəbul edilib.
Qeyd etmək istərdik ki, Rəyasət Heyətinə vətəndaş müraciətləri dövlət orqanlarından, birbaşa vətəndaş və digər qurumlar (nazirliklər, hüquqi şəxslər və s) vasitəsi ilə də daxil olur. Hesabat ili ərzində Rəyasət Heyətinə ümumilikdə 5083 sənəd daxil olub, vətəndaş və dövlət qurumlarına isə 2132 məktub göndərilib.
Eyni zamanda Rəyasət Heyətinin qərarları ilə hesabat dövrü ərzində xəstəlikləri ilə əlaqədar olaraq 5 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilib, 61 vəkil analıq məzuniyyəti, təhsil və s. digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilib.
Həmçinin Rəyasət Heyətinin Qəbul şöbəsinin vətəndaşların qəbulu və “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin sayı isə 500-ə yaxındır. Hər bir müraciət aidiyyəti üzrə araşdırılaraq cavablandırılıb.
Bundan əlavə, hesabat ili ərzində Rəyasət Heyətinə 1116 şikayət daxil olub. Bunlardan 185 (17 %) iş üzrə intizam icraatı başlanılmış, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmamışdır. İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11 (6 %) qeyri-dövlət təşkilatlarından və 127 (69 %) isə fiziki və hüquqi şəxslərdən daxil olub.
İntizam icraatları üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib. Belə ki, 41 (20 %) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 11 (6 %) irad, 34 (17 %) töhmət, 55 (27 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 32 (16 %) qiymət verilməsinin mümkün olmaması, 12 (6 %) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 17 (8 %) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb. Hesabat ili ərzində isə Vəkillərin İntizam Komissiyasının 16 iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatına baxılaraq rəy qəbul edilib.
Digər tərəfdən də ARVK dövlət orqanları ilə əməkdaşlıq və danışıqlar çərçivəsində hər zaman çalışır ki, vəkillərin peşə fəaliyyətini həyata keçirməsi üçün mövcud olan və ya yarana biləcək bütün problemlər aradan qaldırılsın. Hər il olduğu kimi, 2024-cü ildə də vəkillər ARVK-ya müraciət edərək bir sıra qurumlarda yaranmış süni maneələr və ya hansısa məsələ ilə bağlı narahatlıqlarını, iradlarını bildirib və bu məsələlərin həllində də Kollegiya öz dəstəyini əsirgəməyibdir.
Bundan başqa, ötən 7 ildə ölkəmizdə Vəkil bürolarının sayı da təxminən 4 dəfə artaraq 138-ə çatıb. 2024-cü ildə Bakıda “Alfa” və regionlarda Ağdaş, Ağsu rayon Vəkil büroları təsis edilərək fəaliyyətə başlayıb, habelə Naxçıvan MR-də Naxçıvan ASAN Vəkil Bürosunun açılışı olub. Vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin yüksək standartlara cavab verilməsi məqsədilə həmin bürolar maddi-texniki baza ilə tam təchiz olunub.
Qeyd etmək istərdik ki, Gəncə şəhərində (Gəncə şəhəri, Həsən Əliyev küçəsi 49) yeni bina ayrılıb. Hazırda isə binanın əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə hazırlıq işləri davam etdirilir.
Bundan başqa, ARVK Rəyasət Heyətinin qərarı ilə Kollegiya tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən qurulması nəzərdə tutulan inzibati binanın tikinti və təmiri işlərinin satınalınması üzrə elan olunmuş açıq tenderin nəticəsi elan edilib. Belə ki, tenderdə iştirak edən iddiaçı “Bakı Abadlıq Xidməti” MMC-nin təklifləri qiymətləndirilib və tender komissiyasının qərarına əsasən sözügedən şirkət qalib elan edilib. Rəyasət Heyəti tərəfindən qalib şirkətlə müvafiq satınalma müqaviləsinin imzalanması, habelə inzibati binanın tikinti və təmiri işlərinə yaxın günlərdə başlanılması qərara alınıb.
Bildirmək istərdik ki, 2024-cü il ərzində Rəyasət Heyətinin qərarı ilə 171 vəkil təltif edilib. Onlardan 79-na Fəxri Fərman, 74-nə Təşəkkür, 13-nə Fəxri Hüquq Doktoru və 5-nə isə qiymətli hədiyyələr təqdim olunub.
Peşə bayramı münasibətilə və vəkilliyin inkişafındakı xidmətlərinə görə dövlət başçısının 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Hüseynov Əli Meybulla oğlu, Hüseynov Turqay İmanqulu oğlu, Hüseynova Esmira Hüseyn qızı, Qasımov Telman Abiəli oğlu, Quliyev Azər Şahbala oğlu, Məmmədova Leyla Polad qızı, Mustafayev Muxtar Nağı oğlu, Nəhmətov Fazil İldır oğlu, Rəsulov Arif Əmrulla oğlu, Rüstəmova Natəvan Famil qızı və Usub Elçin Arif oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər. Yanvarın 25-də isə həmin vəkillərə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib və ARVK-nın sədri Anar Bağırov çıxış və təbrik edib.
Eyni zamanda ARVK-nın Biznes Hüququ Komitəsinin saytı istifadəyə verilib və Biznes Hüququ Müzakirə Klubunun ilk buraxılışı işıq üzü görüb.
Həmçinin Kollegiyanın Rəyasət Heyətinin 10.07.2024-cü il tarixli iclasında peşə hazırlığı və davamlı tədrisin təşkili, o cümlədən bu sahədə digər tədbirlər barədə Fəaliyyət Planı təsdiq edilib, habelə Vəkillər Kollegiyası Akademiyasının rəsmi veb-saytının təqdimatı keçirilib.
Bundan əlavə, hesabat ilində baş redaktoru ARVK-nın sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayları beynəlxalq standartlar əsasında, o cümlədən müasir yanaşmalar üzərində qurulmaqla nəşr edilib. Bildirmək istərdik ki, jurnal il ərzində 2 dəfə çap edilərək oxuculara təqdim olunub.
Bildirmək istərdik ki, hesabat ilində Kollegiya Aparatının rəhbəri – Baş katib vəzifəsinə ARVK Aparatının İnsan resursları Şöbəsinin müdiri, vəkil Orxan Babayev, Aparat rəhbərinin müavini (Baş katibin müavini) Kollegiya Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədov, Aparatın İnsan resursları Şöbəsinin müdiri vəzifəsinə Kollegiya Aparatının əməkdaşı Əli Mirzəyev və Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə isə Gözəl Hüseynzadə təyin edilib. Eyni zamanda Aparatda yeni Qəbul şöbəsi yaradılıb və həmin şöbənin müdiri vəzifəsinə isə Rəhilə Ağaquliyeva təyin edilib.
Sentyabrın 5-də isə Bakı şəhərində Vəkillərin İntizam Komissiyasının yeni ofisinin açılış mərasimi olub. Açılışda ARVK-nın rəhbərliyi və Vəkillərin İntizam Komissiyasının üzvləri iştirak ediblər və ofisdə yaradılmış şəraitlə tanış olublar. Mərasimdə Komissiyanın sədri Cavid Alıyev Nəsimi rayonu, Füzuli küçəsi 49 ünvanında yerləşən ofisdə görülən işlər barədə məlumat verib, burada lazımi şəraitin yaradıldığını qeyd edib. Eyni zamanda tədbirdə Kollegiyanın sədri Anar Bağırov çıxış edərək iştirakçıları salamlayıb, Komissiya üzvlərinə uğurlar arzulayıb, son illər Kollegiyada görülən işlərdən, vəkillikdə aparılan islahatlardan söz açıb, ofisdə yaradılan şəraiti yüksək qiymətləndirib.
Eyni zamanda ARVK-nın Rəyasət Heyətinin 04.11.2024-cü il tarixli iclasında “İcra hüququ” Komitəsi ilə “Deontologiya” Komitəsinin yaradılması ilə bağlı qərar qəbul edilib. Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov “Deontologiya” Komitəsinə, Vəkillərin İntizam Komissiyasının üzvü Elşən Səfərov isə “İcra hüququ” Komitəsinə sədr seçilib.
Dekabrın 24-28 tarixlərində ARVK, Sumqayıt Regional Vəkil Bürosu, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun birgə təşkilatçılığı ilə 28 dekabr – Vəkil Günü peşə bayramı münasibətilə və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilib. Açılış mərasimində Kollegiyanın sədri Anar Bağırov iştirak edərək çıxış nitqi söyləyib.
Dekabrın 28-də isə “Badamdar” mehmanxanasında 28 dekabr Vəkil Günü münasibətilə ARVK-nın təntənəli tədbiri keçirilib. Tədbirdən əvvəl Kollegiya rəhbərliyi, onun orqanları, qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Mərasimdə Kollegiya ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının qalibi olmuş Daxili İşlər Nazirliyinin Polis Akademiyası, II yerin sahibi Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası və III yerə çıxan Dövlət İdarəçilik Akademiyasının komandaları təltif ediliblər.
Həmçinin tədbirdə III “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadəyə "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə təcrübə proqramını müvəffəqiyyətlə başa vurduğuna görə diplom, xasiyyətnamə və ARVK-nın Rəyasət Heyətinin qərarına əsasən, qiymətli hədiyyə təqdim edilib.
Eyni zamanda 2024-cü il ərzində pulsuz hüquqi yardım aksiyalarında fəal iştirakına görə Şəki Regional Vəkil Bürosu, il ərzində müqavilələrin elektron bağlanılmasında fəallığına görə birinci yerlə layiq görülmüş Bakı şəhər 20 saylı Vəkil Bürosu, ikinci yerə layiq görülmüş Bakı şəhər 11 saylı Vəkil Bürosu və üçüncü yerə layiq görülmüş Gəncə şəhər 1 saylı Vəkil Bürosu “İlin vəkil qurumu” mükafatı ilə təltif edilib. İl ərzində cinayət işləri üzrə ən çox bəraət əldə edən Lənkəran rayon Vəkil Bürosunun vəkili İbarət Həsənov “İlin vəkili”, il ərzində Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Elektron vəkil komitəsi "İlin vəkil komitəsi", il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “HGNS” Vəkil Bürosunun müdiri, Elektron vəkil komitəsinin sədri Nihad Əliyev “İlin təlimçi vəkili” elan olunub.
Bundan başqa, fəaliyyətləri dövrlərində fərqlənən və habelə yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif edilib.
Vəkillikdə innovasiyaların tətbiqi-elektron xidmətlər
Məlum olduğu kimi, vəkillikdə innovasiyaların tətbiqi məsələsi hər zaman xüsusi həssaslıqla yanaşılan hallardan biridir. Vətəndaşların hüquqi yardıma çatımlılığını təmin etmək üçün ARVK-nın veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılıb və buradakı bütün informasiyaların yenilənməsi daim təmin edilməkdədir.
Xüsusilə vurğulayaq ki, Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində "Mediasiya haqqında" Qanunun tətbiqinə dəstək", "Ədliyyə sistemində İKT və transformativ texnologiyaların tətbiqi zamanı şəxsi məlumatların qorunması üzrə strategiyanın hazırlanması" fəaliyyətlərinin icrası uğurla davam etdirilir. Bu fəaliyyətlərlə bağlı qeyd edilən il ərzində ARVK-nın rəhbərliyi ilə Azərbaycana gələn beynəlxalq ekspert qrupları arasında bir neçə dəfə görüş olub.
Bildirmək istərdik ki, ARVK Rəyasət Heyətinin 1 mart 2024-cü il tarixli iclasında “Elektron vəkillik" Komitəsi tərəfindən elektron xidmətlər sahəsində görülən işlərin təqdimatı olub. Nəzərə çatdırılıb ki, “Elektron vəkil orderi" 5 Vəkil Bürosunda pilot layihə kimi uğurla yekunlaşıb. Sonra iclasda Kollegiyanın Rəyasət Heyəti tərəfindən “Elektron vəkil orderi” hesabat ilin aprel ayından həmin ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib. Bu sistem 2023-cü ilin noyabr ayından pilot layihə kimi start götürüb və hesabat ilin aprelindən etibarən isə bir çox bürolarda uğurla həyata keçirilir.
Qeyd etmək istərdik ki, “Elektron vəkil orderi” vasitəsi ilə (01.09.2023-31.12.2024) Vəkil bürolarında 13128, habelə fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən isə 554 elektron müqavilə bağlanıb. Beləliklə, qısa müddət ərzində ümumilikdə 13682 elektron müqavilə bağlanaraq ARVK informasiya kommunikasiya texnologiyaları sahəsində yeni uğura imza atıb. 2024-cü il ərzində isə ümumilikdə 13662 ədəd elektron marka istifadə olunub.
Eyni zamanda ARVK-nın Rəyasət Heyətinin 10 iyul tarixli qərarı ilə “Elektron order” layihəsi üzrə təlimlərdə vəkillərin iştirakının təmin edilməsi və müvafiq işin təşkilinin Vəkillər Kollegiyasının Akademiyasına tapşırılması qərara alınıb. Bu istiqamətdə Akademiyanın təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə 3 avqust - 2 noyabr tarixləri aralığında hibrid formalı təlimlər keçirilib, 562 vəkil əyani, 1445 vəkil distant qaydada olmaqla, ümumilikdə 2007 vəkil iştirak edib.
Martın 12-də “Badamdar” mehmanxanasında Kollegiyanın təşkilatçılığı ilə Vəkil bürolarının rəhbər şəxslərinə elektron order və digər elektron xidmətlərin təqdimatı keçirilib və ARVK-nın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib.
Martın 13-də isə “Badamdar” mehmanxanasında ARVK-nın təşkilatçılığı ilə “Fərdi vəkillərin koordinasiyası” Komitəsinin və fərdi vəkillərə elektron order, habelə digər elektron xidmətlərin təqdimatı olub və Kollegiyanın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib.
Bundan başqa, aprelin 2-də “Ritz-Carlton” hotelində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda geniş konfrans keçirilib, Kollegiyanın sədri Anar Bağırov çıxış edib.
Eyni zamanda aprelin 3-də “Badamdar” mehmanxanasında ARVK-nın təşkilatçılığı ilə elektron order, elektron müqavilə və digər elektron xidmətlərin ictimaiyyət üçün təqdimatı olub. Tədbirdə Kollegiyanın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib, “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Eyni zamanda “Pro Bono ChatBot” süni intellektin təqdimatı olub, o cümlədən ictimaiyyət “İnsan resurslarının elektron idarə edilməsi” və “Elektron kargüzarlıq” sistemləri barədə məlumatlandırılıb.
Həmçinin aprelin 25-də ARVK sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, Baş katib Bayram Orucov (keçmiş Baş katib) və “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev Dünya Bankının dövlət sektoru üzrə nümayəndəsi, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin tapşırıq üzrə qrup rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Şahmar Məmmədov çıxış edib.
Dekabrın 28-də “Badamdar” mehmanxanasında 28 dekabr Vəkil Günü münasibətilə ARVK tərəfindən keçirilən təntənəli tədbiri Kollegiyanın elektron xidmətlərinin tərkib hissələrindən biri olan “E-vekil” mobil tətbiqinin izahlı təqdimatı olub, onun əhəmiyyəti, istifadə qaydaları barədə məlumat verilib.
Yerli əməkdaşlıq
Məlum olduğu kimi, son illər ARVK ilə Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində ixtisasartırma təlimləri təşkil olunur və hazırda da davam etdirilir. Yanvarın 25-də “Müqavilənin bağlanma və etibarlılıq şərtləri” mövzusu üzrə əyani qaydada və 26-da isə “Mübahisələrin alternativ həlli və arbitraj” mövzusu üzrə onlayn qaydada ixtisasartırma təlimləri keçirilib, ümumilikdə 36 vəkil iştirak edib.
Eyni zamanda ixtisasartırma təlimləri çərçivəsində fevralın 12-də “Kommersiya sahəsində mübahisələrə baxılmasının hüquqi mexanizmləri” mövzusu üzrə distant qaydada baş tutan təlimdə Kollegiyanın üzvü, h.ü.f.d., dosent Mübariz Yolçiyev, “Əqli mülkiyyət sahəsində mübahisələrə baxılmasınnı hüquqi mexanizmləri” mövzusu üzrə əyani qaydada keçirilən təlimdə Əqli Mülkiyyət Agentliyinin Hüquq apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyev və “Sosial təminat hüququ və məhkəmə mübahisələri” mövzusu üzrə hibrit qaydada təşkil olunan təlimdə Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev təlimçi qismində iştirak edib və ümumilikdə 125 vəkil qatılıb.
Fevralın 17-də isə Vəkillər Kollegiyası Akademiyasında “Xarici dövlətlərə vəkil sorğularının göndərilməsi” mövzusunda təlim keçirilib. ARVK-nın üzvü Elvin Quliyevin təlimçi qismində iştirak etdiyi və 50 vəkilin qatıldığı təlimin əsas hissəsində “Beynəlxalq sorğuların göndərilməsi prosedurları”, habelə “Sorğuların cavablandırılmasına dair beynəlxalq qanunvericilik” mövzusunda məruzələr edilib.
Həmçinin 24.02.2024-cü il tarixində ARVK ilə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində vəkillər üçün “Elektron kabinetdən istifadə qaydaları” mövzusunda distant şəkildə təlim keçirilib. 32 vəkilin qatıldığı təlimdə “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri, “Elektron vəkillik” Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil kabineti”, həmçinin elektron müqavilələrin bağlanması, elektron orderlərin generasiyası və məhkəməyə təqdim edilməsi, o cümlədən elektron vəkil layihələri və s. haqqında məruzə səsləndirib.
Bundan başqa, martın 6-da ARVK ilə Hüquq və HİHİ-in birgə əməkdaşlığı çərçivəsində “Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib, Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirak edərək çıxış edib.
İxtisasartırma təlimləri çərçivəsində martın 13-də “Koorporativ hüquqda məhdud məsuliyyət prinsipinin elmi-praktik əsasları” mövzusu üzrə distant qaydada baş tutan təlimdə h.ü.f.d. Simran Hüseynov, “Cinayət prosessual məcburiyyət tədbirləri” mövzusu üzrə əyani qaydada keçirilən təlimdə isə Kollegiyanın üzvü, hüquq elmləri doktoru, professor Firuzə Abbasova təlimçi qismində iştirak edib və ümumilikdə 104 vəkil iştirak edib.
Martın 16-da isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Polis Akademiyası və “ELSA Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Şəxsi axtarış və götürmə” müsabiqəsinin final mərhələsi keçirilib, Kollegiyanın sədr müavini Pərviz Ələkbərov iştirak edərək çıxış edib.
Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən 18 mart 2024-cü il tarixdə Lənkəran Penitensiar kompleksinə mediatur təşkil olunub. İctimai təqdimatda ARVK-nın sədr müavini Pərviz Ələkbərov, Lənkəran və Astara rayon Vəkil bürolarının rəhbərləri də iştirak edib, kompleksdə yaradılan şəraitlə tanış olublar.
Aprelin 17-də ixtisasartırma təlimləri çərçivəsində “Vergidən yayınma və məhkəmə təcrübəsi” mövzusu üzrə əyani qaydada təlim keçirilib. Vəkillər Kollegiyasının üzvü Fərid Nəbili isə təlimçi qismində iştirak edib.
19.04.2024-cü il tarixdə Polis Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizənin müasir problemləri” mövzusunda dəyirmi masa keçirilib, Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev nitq söyləyib, Vəkillərin İxtisas Komissiyasının üzvü, vəkil Fərid Həsənov isə “Virtual əmlak və ona qəsdlərlə mübarizənin müasir problemləri” adlı məruzə ilə çıxış edib.
Aprelin 24-də isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı” mövzusunda elmi-praktik konfrans keçirilib, Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev çıxış edib.
Həmçinin aprelin 24-də “Vergi mübahisələri” mövzusu üzrə distant qaydada keçirilən təlimdə Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev, aprelin 25-də “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyası” mövzusu üzrə distant qaydada keçirilən təlimdə BDU Hüquq fakültəsi Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri, h.ü.f.d. Əlizadə Məmmədov, o cümlədən “Cinayət işlərində dövlət hesabına hüquqi yardım zamanı müdafiənin qurulması” mövzusu üzrə əyani qaydada baş tutan təlimdə Kollegiyanın üzvü Fərid Həsənov təlimçi qismində iştirak edib və ümumilikdə 136 vəkil iştirak edib.
Aprelin 25-də isə “Badamdar” mehmanxanasında ARVK-nın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib, 33 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar.
Eyni zamanda aprelin 26-da Şirvan Kommersiya Məhkəməsinin təşəbbüsü ilə Şirvan şəhərində Şirvan Kommersiya Məhkəməsinin hakimlərinin və Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasında fəaliyyət göstərən bir qrup vəkillərin iştirakı ilə “Kommersiya mübahisələrinə dair işlərə məhkəmədə baxılmasının xüsusiyyətləri” mövzusunda dəyirmi masa təşkil olunub, ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov açılış nitqi söyləyib.
Bundan başqa, aprelin 26-da “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrası üzrə tədbirlər planı çərçivəsində ARVK və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı ilə “Vəkillərin ƏL/TMM sahəsində qanunvericilikdən irəli gələn öhdəlikləri” mövzusunda təlim keçirilib, 25 vəkil iştirak edib.
27.04.2024-cü il tarixdə ARVK və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Kollegiya üzvləri üçün “Kibercinayətkarlığa qarşı mübarizədə hüquqi məsələlər və spesifik çətinliklər” mövzusunda əyani təlim keçirilib, ümumilikdə 30 vəkil iştirak edib.
Eyni zamanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mayın 3-də Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib, ARVK-nın sədri Anar Bağırov “Hüquqi yardım almaq hüququnun beynəlxalq hüquq normaları və xarici dövlətlərin konstitusiyalarında təsbiti: müqayisəli-hüquqi təhlil” mövzusunda çıxış edib.
Mayın 3-də isə HİHİ hüquq sahəsində nəşr olunan elmi jurnalların vahid elektron axtarış bazasının yaradılması, hüququn ayrı-ayrı sahələri, o cümlədən insan hüquq və azadlıqları sahəsində elmi-tədqiqat potensialının artırılması və hüquq nəşrlərinin bir bazada toplanılması məqsədilə dəyirmi masa təşkil edib, Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev çıxış edib.
7-8 may tarixlərində ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında (NMR) rəsmi səfərdə olub. Ulu Öndər Heydər Əliyevin 101 illiyi və NMR-in 100 illiyi çərçivəsində ARVK tərəfindən təşkil olunan silsilə tədbirlər zamanı Naxçıvan ASAN Vəkil Bürosunun açılış mərasimi keçirilib. Həmçinin pulsuz hüquqi yardım aksiyası təşkil edilib, habelə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi olub. Tədbirdə Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, ARVK-nın sədri Anar Bağırov, onun başçılıq etdiyi nümayəndə heyəti, eləcə də deputatlar, vəkillər və digər dövlət rəsmiləri iştirak ediblər. Mərasimdə Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və ARVK-nın sədri Anar Bağırov açılış nitqi söyləyiblər. Eyni zamanda mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran 9 namizəd and içib.
Mayın 14-də isə Hökumət Evində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ARVK üzvləri üçün “Rəqabət Məcəlləsinin hüquqi əhəmiyyəti”, “Rəqabət mühitinin qorunmasına dair qanunvericilik çərçivəsinin mahiyyəti, təmərküzləşmə əqdlərinə dair tələbləri” və “Məcəllənin qəbul edilməsindən irəli gələrək ortaya çıxan yeni anlayışlar” mövzularında əyani seminar keçirilib və ümumilikdə 58 vəkil iştirak edib.
Həmçinin mayın 17-də "De Fendo" Vəkil Bürosunda ARVK rəhbərliyi Prezidentin 13 may 2024 tarixli Sərəncamı ilə hakim vəzifəsinə yeni təyin edilən 8 vəkili təbrik və təltif edib. Görüşdə Kollegiya sədri Anar Bağırov çıxışında onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Eyni zamanda ixtisasartırma təlimləri çərçivəsində mayın 17-də “İnsan hüquqlarının universal beynəlxalq müdafiə mexanizmləri” mövzusu üzrə distant qaydada keçirilən təlimdə Kollegiyanın üzvü Sahib Məmmədov, mayın 22-də “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzusu üzrə distant qaydada baş tutan təlimdə ARVK üzvü Ruslan Vəliyev, mayın 24-də isə “Yuvenal icraatın xüsusiyyətləri” mövzusu üzrə əyani qaydada keçirilən təlimdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov təlimçi qismində iştirak edib və ümumilikdə 83 vəkil iştirak edib.
Bundan əlavə, iyunun 11-də Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyi ilə ARVK-nın rəhbər heyəti arasında birgə fəaliyyətin təşkili ilə bağlı görüş keçirilib, Xidmətin rəisi Mirsaleh Seyidov və Kollegiyanın sədri Anar Bağırov çıxış edib, habelə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, mövcud imkanlar qiymətləndirilib.
İyunun 13-də isə ixtisasartırma təlimləri çərçivəsində “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusu üzrə distant qaydada təlim keçirilib, Kollegiyanın üzvü Sevinc Əliyeva təlimçi qismində iştirak edib və ümumilikdə 51 vəkil qatılıb.
Həmçinin 21-22 iyun tarixlərində Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı respublika konqresi keçirilib, ARVK-nı Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev təmsil edib.
21.06.2024-cü il tarixində “Badamdar” mehmanxanasında “İnsan hüquqları aylığı” ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), ARVK-nın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Tədbirdə Kollegiyanın sədri Anar Bağırov və Ombudsman Səbinə Əliyeva çıxış ediblər. 51 namizəd vəkilin and içdiyi tədbirdə fəaliyyətləri dövrlərində fərqlənən və yubileylərini qeyd edən Kollegiyanın bir sıra üzvləri, həmçinin “İnsan hüquqları aylığı” ilə bağlı olaraq və ARVK ilə informasiya təminatında sıx əməkdaşlıq da nəzərə alınmaqla bir qrup jurnalist təltif olunub.
Həmçinin iyunun 25-də ARVK və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin beynəlxalq reytinqlərdə önəmi” mövzusunda Kollegiya üzvləri üçün tədbir keçirilib və 30 vəkil iştirak edib.
Eyni zamanda iyunun 28-də ARVK, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda növbəti təlim keçirilib. Təlimdə ARVK üzvləri, Vəkillər Kollegiyası Akademiyasının əməkdaşları və Dövlət Vergi Xidmətinin əməkdaşları iştirak edib.
Bundan başqa, iyulun 11-də Azərbaycanda I Milli Rəqabət Forumu keçirilib, Kollegiyanın sədri Anar Bağırov və sədr müavini Şahmar Məmmədov iştirak ediblər. Tədbirdə Şahmar Məmmədov çıxış edərək Forumun işinə uğurlar arzulayıb.
Avqustun 2-də isə Vəkillər Kollegiyası Akademiyası və Mərkəzi Bankın təşkilatçılığı çərçivəsində Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin əməkdaşları üçün “Kibercinayətkarlıq və bank sahəsi” mövzusunda təlim keçirilib. Təlimdə Kibercinayətkarlıq Komitəsinin sədri, h.ü.f.d. Asif Mustafayev tərəfindən Mərkəzi Bankın əməkdaşları üçün kibercinayətkarlıq sahəsində məruzələr edilib.
Bundan əlavə, mülki hüquq münasibətlərinin tənzimlənməsində xüsusi yer tutan əmlak hüquqlarının müasir dövrün çağırışlarına uyğun təmin edilməsi üçün səmərəli mexanizmlərin yaradılması məqsədilə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə “Daşınmaz əmlak dövriyyəsinin stabilliyi” mövzusunda elmi-praktiki seminar keçirilib və ARVK-nın üzvü Elçin Usub iştirak edib.
26.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib və Kollegiyanın sədr müavini Şahmar Məmmədov iştirak edib.
Həmçinin Ombudsman Aparatı tərəfindən “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminar təşkil olunub, ARVK-nın Aparat rəhbərinin müavini Səttar Məmmədov və Kollegiyanın Hüquqi Yardım Mərkəzinin direktor müavini Afət Qaziyeva iştirak edib.
Eyni zamanda 29 sentyabr-2 oktyabr tarixlərində Bakı şəhərində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirilib. Sentyabrın 29-da Bakı Konqres Mərkəzində tədbirin açılış mərasimi baş tutub və Kollegiyanın sədri Anar Bağırov iştirak edib.
10 oktyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə vəkillər və hakimlər üçün “Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimi keçirilib və ARVK-nın sədri Anar Bağırov çıxış edib.
Bundan başqa, oktyabrın 25-də Ədliyyə Akademiyasında ARVK üzvləri üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan vəkillərə münasibətdə irəli gələn məsələlər” mövzusunda ixtisasartırma təlimi keçirilib və 25 vəkil iştirak edib.
Noyabrın 1-də isə Polis Akademiyasında “Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda Respublika elmi-praktik konfrans keçirilib və ARVK-nın sədri Anar Bağırov çıxış edib.
Bundan əlavə, ixtisasartırma təlimləri çərçivəsində noyabrın 6-da "Vəkillər tərəfindən uşaq hüquqlarının müdafiəsi məsələləri" mövzusunda ixtisasartırma təlimi keçirilib və 28 vəkil iştirak edib.
Həmçinin noyabrın 15-də ARVK və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”ndan vəkillərə münasibətdə irəli gələn məsələlər” mövzusunda təlim keçirilib və Kollegiyanın 32 üzvü iştirak edib.
Eyni zamanda noyabrın 15-da ARVK və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün “Kommersiya mübahisələrinin həlli” mövzusunda ixtisasartırma təlimi keçirilib, Kollegiyanın 42 vəkili qatılıb.
Bundan başqa, isə noyabrın 23-də ARVK və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün “Vergi mübahisələri” mövzusunda təlim keçirilib və Kollegiyanın 34 üzvü iştirak edib.
Noyabrın 27-də isə "De Fendo" Vəkil Bürosunda ARVK rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təbrik və təltif edib. Görüş zamanı Kollegiya sədri Anar Bağırov yeni təyin olunan hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
29.11.2024-cü il tarixində ARVK və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün “Yerli və beynəlxalq arbitraj” mövzusunda təlim keçirilib, Kollegiyanın 38 üzvü qatılıb.
Dekabrın 12-13-16-da Kollegiya və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün “Ödəniş xidmətləri və ödəniş sistemləri, Rəqəmsal bankçılıq”, “Müqavilə hüququ” və “Şəhərsalmanın hüquqi aspektləri” mövzularında ixtisasartırma təlimləri keçirilib, ümumilikdə 102 vəkil qatılıb.
Həmçinin dekabrın 16-da ADA Universitetində hüquqşünaslıq üzrə magistr proqramı təqdim olunub, mərasimdə Kollegiya sədri Anar Bağırov iştirak edib.
Dekabrın 18-də BDU-nun görkəmli alim və pedaqoq, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor, BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikovanın 95 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib, ARVK sədri Anar Bağırov çıxış və təbrik edib. Həmçinin Məsumə Məlikovaya Kollegiyanın “Fəxri Vəkili”diplomu və vəkil mantiyası təqdim olunub.
Bundan əlavə, dekabrın 20-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və BQXK-nın Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Cenevrə Konvensiyalarının qəbul olunmasının 75-ci ildönümünə həsr edilmiş “Beynəlxalq Humanitar Hüququn Tətbiqi üzrə Fəaliyyətlər: Müsbət Təcrübələr və Problemlər” mövzusunda 1 günlük seminar təşkil olunub. Tədbirdə Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli çıxış edib.
Bildirmək istərdik ki, 2024-cü ildə ARVK dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində 40 dan çox normativ hüquqi akt layihələrinə rəy və təkliflər verib. Konstitusiya Məhkəməsi ilə əldə olunmuş razılığa əsasən hesabat ili ərzində 24 işə mütəxəssis mülahizəsi təqdim edilib.
Sosial aksiyalar, yarışmalar
Məlum olduğu kimi, ARVK-da ahıl şəxslər üçün sosial xidmət müəssisələrində, uşaq evləri və internat məktəblərinə tez-tez səfərlər, ətraf mühitin mühafizəsi üçün aksiyalar daim təşkil edilir, o cümlədən idman və elmi sahələrdə çoxsaylı yarışlar, müsabiqələr həyata keçirilir. Bunlara misal olaraq beynəlxalq və yerli futbol və şahmat turnirlərini, rəssamlıq, ədəbiyyat və bir çox bədii yaradıcılıq müsabiqələrini göstərə bilərik.
Belə ki, aprelin 20-21-də ARVK tərəfindən təşkil olunan ənənəvi Azərbaycan vəkillərinin IV şahmat çempionatı keçirilib və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun müdiri, vəkil Camal Əliyev birinci, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Sənan Süleymanlı ikinci, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Əli Həsrətov isə üçüncü yerin sahibi olub.
Eyni zamanda noyabrın 1-də və dekabrın 6-da ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə vətəndaş qəbulları keçirilib. ARVK-nın binasında Bakı və rayonlarından qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb.
Həmçinin 8 Noyabr - Zəfər Günü münasibətilə ARVK və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin (PX) birgə Tədbirlər Planına uyğun olaraq Kollegiya ilə PX əməkdaşları arasında şahmat üzrə dostluq matçı keçirilib və vəkillərdən ibarət yığma komandanın qələbəsi ilə yekunlaşıb.
Bundan başqa, Tədbirlər Planına uyğun olaraq ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində ARVK-nın qadınlardan ibrət futbol komandası ilə qadın məhkumlardan ibarət komanda arasında mini-futbol üzrə oyun təşkil edilib. Gərgin mübarizə şəraitində baş tutan görüşdə qadın vəkillər rəqibini 4:0 hesabı ilə məğlub edib.
Dekabrın 7-15 tarixlərində isə ARVK-nın həm kişi, həm də qadın vəkil və hüquqşünaslardan ibarət futbol komandaları (müvafiq olaraq “Advokat” və “Legal Eagles”) Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində təşkil edilən “Mundiavocat 2024” turnirində iştirak edib. “Legal Eagles” turnirdə gümüş medal qazanıb, “Advokat” isə V olub.
Eyni zamanda Vəkil Günü münasibətilə ARVK və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin birgə Tədbirlər Planına uyğun olaraq Kollegiyanın “Advokat” və PX-nin “Ədliyyə” futbol komandaları arasında mini-futbol yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Gənclərə dəstək-gənclərdə vəkil peşəsinə marağın artırılması
ARVK tərəfindən hər zaman gənc hüquqşünasların vəkilliyə marağının artırılması diqqət mərkəzində saxlanılır, eyni zamanda universitetlərdə daxili tədbirlər, ayrı-ayrı gənclərə müxtəlif sahələrdə dəstək göstərilir. Kollegiya ilə ölkədə hüquq təhsili olan bütün universitetlər arasında imzalanmış əməkdaşlıq memorandumlarına əsasən, gənclərin və universitetlərin fəaliyyətinə müxtəlif formalarda göstərilən dəstək çərçivəsində, həmin tələbələrin vəkil qurumlarında təcrübə keçmələri üçün hər cür şərait yaradılır. Hesabat ili ərzində müvafiq Vəkil bürolarında 32 nəfər Femida könüllüləri, 178 tələbə istehsalat təcrübəsində, 67 nəfər isə könüllü qaydada təcrübə keçib.
Belə ki, fevralın 28-də ARVK, Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Hüquq fakültəsinin tələbələri arasında təşkil edilən “Biz gələcəyin vəkilləriyik” adlı növbəti qış məktəbinin açılış mərasimi keçirilib və Kollegiyanın sədri Anar Bağırov açılış nitqində layihəyə 250-yə yaxın hüquqşünas tələbənin müraciət etdiyini, onlardan 40 nəfərinin motivasiya məktubu, o cümlədən onlayn müsahibə zamanı bilik və bacarığı, ictimai fəallığı müəyyən olunaraq, iştirak hüququ qazandığını bildirib. Sədr söyləyib ki, ilk dəfə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 8 tələbəsi qış məktəbinə qatılıb. Qeyd edək ki, daha öncə - 2022-ci və 2023-cü illərdə də Vəkillər Kollegiyası ilə Gənclər Fondunun birgə təşkilatçılığıyla hüquqşünas tələbələr üçün yay və qış məktəbləri təşkil olunub.
Bildirmək istərdik ki, daha öncə - 2022-ci və 2023-cü illərdə də Vəkillər Kollegiyası ilə Gənclər Fondunun birgə təşkilatçılığıyla hüquqşünas tələbələr üçün yay və qış məktəbləri təşkil olunub.
“Biz gələcəyin vəkilləriyik” adlı növbəti qış məktəbinin təlimləri çərçivəsində martın 3-də Kollegiyanın üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlının "Vəkillik - dünya təcrübəsi və Azərbaycan" mövzusu üzrə, martın 6-da isə ARVK və Vəkillərin İntizam Komissiyasının üzvü, 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərovun "Vəkilin nitq mədəniyyəti" mövzusu üzrə təlimləri baş tutub. Hər iki təlim hüquqşünas tələbələrin böyük marağına səbəb olub, onların çoxsaylı sualları təlimçilər tərəfindən cavablandırılıb.
Eyni zamanda 8, 9, 10 mart tarixlərində Naftalan şəhərində düşərgə formatında keçirilən “Biz gələcəyin vəkilləriyik” adlı növbəti qış məktəbinin ilk günü Vəkillər Kollegiyasının üzvü Natiq Məmmədov “Mübahisələrin alternativ həlli və mediasiya”, Kollegiyanın üzvü Yaqub Məmmədli “Mülki prosessual sahədə müdafiə taktikasının qurulması”, Vəkillər Kollegiyasının üzvü Elvin Səlimov “İnzibati xətalar üzrə icraatda vəkilin iştirakı”, Kollegiyanın üzvü Zabil Qəhrəmanov “Ədalətli məhkəmə araşdırması hüququ”, Əqli Mülkiyyət Agentliyinin Hüquq apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük mütəxəssisi, BDU-nun Hüquq fakültəsinin müəllimi Əkbər Əliyev “Məhkəmə prosesinin qurulması” adlı təlimlərlə çıxış ediblər.
Martın 10-da isə Naftalan şəhərində “Biz gələcəyin vəkilləriyik!” adlı qış məktəbinin bağlanış mərasimi keçirilib və Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Goranboy rayon prokurorunun müavini Babək Paşayev, Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Afət Mustafayeva çıxış ediblər.
Eyni zamanda ARVK-nın Rəyasət Heyətinin 15.03.2024-cü il tarixli iclasında ABŞ-da keçiriləcək “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin verilməsi ilə bağlı ADA Universitetinin müraciətinə baxılıb və müvafiq maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müsbət qərar qəbul olunub.
Həmçinin ARVK-nın Rəyasət Heyətinin 08.04.2024-cü il tarixli iclasında ADA Universitetində keçiriləcək Hacı Zeynalabdin Tağıyev adına müsabiqə çərçivəsində bir qrup (5 nəfər) tələbənin “EduEmpower” layihəsi ilə bağlı dəstək göstərilməsinə dair müraciətinə baxılıb. Müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul edilib.
Hesabat ilində III “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə 1 illik fərdi inkişaf - mentorluq proqramı çərçivəsində mütəmadi görüşlər keçirib. Eyni zamanda IV "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbərindən olan Vəkillər Kollegiyasının sədri Anar Bağırov final mərhələsinə mentor qismində qatılıb.
Qeyd etmək istərdik ki, 7-8 may tarixlərində ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvan MR-yə rəsmi səfəri çərçivəsində silsilə tədbirlər zamanı III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə konfransda, Naxçıvan ASAN Vəkil Bürosunun açılışında, pulsuz hüquqi yardım aksiyasında və vəkilliyə namizədlərin təntənəli and içmə mərasimində iştirak edib.
Bundan başqa, ARVK və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb və mərasimdə Kollegiyanın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib. Memoranduma əsasən Femida könüllüləri vəkillik sahəsində könüllü fəaliyyətə başlayıb.
Mayın 20-də isə BDU-da Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "CareerLaw" layihəsi çərçivəsində ARVK-nın sədri Anar Bağırovun "Müasir Azərbaycanda vəkillik institutu: yeni çağırışlar" mövzusunda BDU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrlarla ilk görüşü keçirilib. Mərasimdə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, tələbələrlə təcrübələrini bölüşüb, o cümlədən rəhbərlik etdiyi qurumun tarixi, fəaliyyəti, son illər görülən işlər barədə ətraflı məlumat verib.
Məlum olduğu kimi, ARVK-nın sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov Dövlət Gömrük Komitəsinin Akademiyası və BDU-nun Hüquq fakültəsinin Magistr Dissertasiya Şuralarında sədrdir. İyunun 28-də hər iki ali təhsil müəssisəsində Anar Bağırovun sədrliyi ilə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
Eyni zamanda Dövlət Gömrük Komitəsinin Akademiyası 2023/2024-cü tədris ili üzrə “Məzun günü” keçirib və tədbirdə iştirak edən ARVK-nın sədri Anar Bağırov çıxış edərək məzunları təbrik edib.
Həmçinin avqustun 2-də Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev və Akademiyanın əməkdaşlarının iştirakı ilə müxtəlif bürolarda istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirilib, onların ümumi təcrübə dövrü və bu dövr ərzində gördükləri işlər barədə dinlənilib.
Avqustun 13-də isə Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə Kollegiyanın bürolarında istehsalat təcrübəsi keçən hüquqşünas tələbələrlə Kollegiyanın məsul şəxsləri arasında görüş keçirilib. Görüşdə Akademiyanın rektoru Əmir Əliyev, Vəkillərin İxtisas Komitəsinin sədri, hüquq elmləri doktoru Turqay Hüseynov, Vəkillər Kollegiyası Aparat rəhbərinin müavini Səttar Məmmədov və 14 vəkil bürosunda təcrübəyə cəlb olunmuş tələbələr iştirak ediblər.
Bundan əlavə, ARVK “Vəkildən tələbəyə” layihəsinə start verib. Layihə vəkillərin müvafiq sahələrdəki təcrübələrinin tələbələrə ötürmələrinə şərait yaradır. Sentyabrın 14-də hüquqşünas tələbələr üçün “Müqavilə hüququ” mövzusunda ilk əyani təlim keçirilib. 29 hüquqşünas tələbənin iştirak etdiyi təlimdə Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev açılış nitqi söyləyib, ARVK-nın üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə İbrahimova isə təlimçi qismində çıxış edib.
26.09.2024-01.11.2024-cü il tarixlərində ARVK sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşlər keçirib və çıxışlar edib. Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.
Noyabrın 30-da isə Kollegiya ilə HİHİ-nin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb və ARVK-nın sədri Anar Bağırov açılış nitqi söyləyib.
Dekabr 21-də Ali Məhkəmədə keçirilən II Hüquq Olimpiadasının final mərhələsində komandalararası yarışda Daxili İşlər Nazirliyinin Polis Akademiyası I yer (118 bal), Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası II yer (114 bal) və Dövlət İdarəçilik Akademiyası isə III yerə (113,25 bal) layiq görülüb. Komanda kapitanları arasında keçirilən yarışın nəticələrinə görə isə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası I (20 bal), Dövlət İdarəçilik Akademiyası II (12 bal) və Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası ilə Qarabağ Universiteti III (10 bal) olub.
Pulsuz hüquqi yardım aksiyaları- statistika
2024-cü il ərzində ARVK tərəfindən bütün ölkə üzrə 5663 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.
Bildirmək istərdik ki, hər il ölkədə qeyd edilən Beynəlxalq İnsan Hüquqları Günü, Beynəlxalq Qadınlar Günü, Milli Qurtuluş Günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü, Zəfər Günü, Vəkil Günü və s. bayramlar münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Kollegiya tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib. Ümumilikdə 92 aksiya olmaqla 1600 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu aksiyalardan 24-ü Penitensiar Xidmətin müəssisələrində məhkumlar üçün, 3-ü Probasiya xidmətinin yerli qurumlarının qeydiyyatında olan şəxslər üçün, 8-i Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə regionlarda və 57-si isə “Açıq qapı” Günü ilə bağlı Bakıda və regionlarda aztəminatlı şəxslər üçün keçirilib.
Bundan başqa, ARVK və vəkil qurumlarına daxil olmuş müraciətlər üzrə (şifahi və yazılı) 4063 şəxsə pulsuz hüquqi yardım göstərilib. Belə ki, 552 şəxs Hüquqi Yardım Mərkəzinə, o cümlədən 178 şəxs dövlət orqanları vasitəsilə Kollegiyaya, 374 şəxs isə bilavasitə Hüquqi Yardım Mərkəzinə müraciət edib.
Bundan əlavə, Vəkil büroları tərəfindən bilavasitə 3511 nəfərə pulsuz hüquqi yardım göstərilib.
Dövlət hesabına hüquqi yardım fəaliyyəti
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanının tələblərinə uyğun olaraq, 2020-ci ildən başlayaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqqın ödənilməsi məqsədilə nəzərdə tutulan vəsaitin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən birbaşa ARVK-ya ayrılması təmin edilir.
Bu məqsədlə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanının 1.3.5.2-ci bəndi ilə ARVK-ya dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar 5 500 000 manat vəsait nəzərdə tutulub və 2024-cü ildə həmin vəsaitin Kollegiyaya ayrılması müvafiq qaydada təmin olunub.
Həmçinin AVRK tərəfindən 2024-cü il ərzində büdcə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və maliyyə intizamına riayət edilməklə cinayət prosesini həyata keçirən orqanların qərarları əsasında dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların (məbləğlərin) ödənişləri vaxtında təmin olunub.
Belə ki, hesabat ilində dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların ödənilməsi üçün nəzərdə tutulan vəsaitlə bağlı xərclərin rüblər və aylar üzrə bölgüsünə uyğun olaraq, vəkil büroları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən sənədlərin Kollegiyaya təqdim edilməsi ardıcıllığı gözlənilməklə cinayət prosesini həyata keçirən orqanlar (təhqiqat, istintaq, prokurorluq orqanları və məhkəmələr), o cümlədən mülki işlər üzrə qəbul olunan qərarlar əsasında dövlət hesabına hüquqi yardıma görə 40 650 qərar üzrə 5 499 994,34 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 96 vəkil qurumuna və 37 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 979 vəkilə ödənişi təmin edilib.
İxtisasartıma təlimləri və digər təlimlər
2024-cü il ərzində ümumilikdə 74 təlim keçirilib. Həmin təlimlərdə 3298 vəkil (bir vəkil bir neçə təlimə qoşulub) iştirak edib. ARVK ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 27 ixtisasartırma təlimlərində 1105 vəkil, keçirilən 47 digər təlimlərə isə 2193 vəkil qoşulub.
İxtisasartırma təlimləri:
1. 25 yanvar 2024-cü il tarixində “Müqavilənin bağlanma və etibarlılıq şərtləri” mövzusunda əyani formada ixtisasartırma kursu keçirilib. Kursda 36 vəkil iştirak edib.
2. 26 yanvar 2024-cü il tarixində “Mübahisələrin alternativ həlli və arbitraj” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 58 vəkil iştirak edib.
3. 12 fevral 2024-cü il tarixində “Kommersiya sahəsində mübahisələrə baxılmasının hüquqi mexanizmləri” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 61 vəkil iştirak edib.
4. 20 fevral 2024-cü il tarixində “Əqli mülkiyyət sahəsində mübahisələrə baxılmasının hüquqi mexanizmləri” mövzusunda hibrid formada ixtisasartırma kursu keçirilib. Kursda 20 vəkil iştirak edib.
5. 24 fevral 2024-cü il tarixində “Elektron kabinetdən istifadə qaydaları” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 32 vəkil iştirak edib.
6. 29 fevral 2024-cü il tarixlərində “Əqli mülkiyyət sahəsində mübahisələrə baxılmasınnı hüquqi mexanizmləri” mövzusunda əyani formada ixtisasartırma kursu keçirilib. Kursda 44 vəkil iştirak edib.
7. 13 mart 2024-cü il tarixində “Koorporativ hüquqda məhdud məsuliyyət prinsipinin elmi-praktik əsasları” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 53 vəkil iştirak edib.
8. 29 mart 2024-cü il tarixlərində “Cinayət prosessual məcburiyyət tədbirləri” mövzusunda əyani formada ixtisasartırma kursu keçirilib. Kursda 51 vəkil iştirak edib.
9. 17 aprel mart 2024-cü il tarixində “Vergidən yayınma və məhkəmə təcrübəsi” mövzusunda əyani formada ixtisasartırma kursu keçirilib. Kursda 24 vəkil iştirak edib.
10. 24 aprel 2024-cü il tarixində distant qaydada keçirilmiş “Vergi mübahisələri” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 63 vəkil iştirak edib.
11. 25 aprel 2024-cü il tarixində “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyası” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 27 vəkil iştirak edib.
12. 26 aprel 2024-cü il tarixində “Cinayət işlərində dövlət hesabına hüquqi yardım zamanı müdafiənin qurulması” mövzusunda əyani formada ixtisasartırma kursu keçirilib. Kursda 22 vəkil iştirak edib.
13. 27 aprel 2024-cü il tarixində “Elektron vəkil orderi” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 92 vəkil iştirak edib.
14. 4 may 2024-cü il tarixində “Elektron vəkil orderi” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 52 mühasib iştirak edib.
15. 17 may 2024-cü il tarixində “İnsan hüquqlarının universal beynəlxalq müdafiə mexanizmləri” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 39 vəkil iştirak edib.
16. 18 may 2024-cü il tarixində “Elektron vəkil orderi” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 67 vəkil iştirak edib.
17. 22 may 2024-cü il tarixində “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 31 vəkil iştirak edib.
18. 24 may 2024-cü il tarixində “Yuvenal icraatın xüsusiyyətləri” mövzusunda əyani formada ixtisasartırma kursu keçirilib. Kursda 13 vəkil iştirak edib.
19. 13 iyun 2024-cü il tarixində “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 51 vəkil iştirak edib.
20. 25 oktyabr 2024-cü il tarixində ““Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan vəkillərə münasibətdə irəli gələn məsələlər” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 25 vəkil iştirak edib.
21. 6 noyabr 2024-cü il tarixində "Vəkillər tərəfindən uşaq hüquqlarının müdafiəsi məsələləri" mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 28 vəkil iştirak edib.
22. 19 noyabr 2024-cü il tarixində “Kommersiya mübahisələrinin həlli” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 42 vəkil iştirak edib.
23. 23 noyabr 2024-cü il tarixində “Vergi mübahisələri” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 34 vəkil iştirak edib.
24. 29 noyabr 2024-cü il tarixində “Yerli və beynəlxalq arbitraj” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 38 vəkil iştirak edib.
25. 12 dekabr 2024-cü il tarixində “Ödəniş xidmətləri və ödəniş sistemləri, Rəqəmsal bankçılıq” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 31 vəkil iştirak edib.
26. 13 dekabr 2024-cü il tarixində “Müqavilə hüququ” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 41 vəkil iştirak edib.
27. 16 dekabr 2024-cü il tarixində “Şəhərsalmanın hüquqi aspektləri” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 30 vəkil iştirak edib.
Digər təlimlər:
1. 13 yanvar 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyası və Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Akademik hüquqi yazı” mövzusu üzrə təlim
2. 30 yanvar 2024-cü il tarixində Vəkillər Kollegiyasının, Hüquq və İnsan Haqları İnstitutunun və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
3. 3 fevral 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Akademik hüquqi yazı” mövzusu üzrə təlim
4. 17 fevral 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Xarici dövlətlərə vəkil sorğularının göndərilməsi” mövzusu üzrə təlim
5. 28 fevral 2024-cü il tarixində ARVK və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
6. 8, 9, 10 mart 2024-cü il tarixlərində ARVK, Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Hüquq fakültəsinin tələbələri arasında təşkil edilmiş “Biz gələcəyin vəkilləriyik” adlı qış məktəbində “Mübahisələrin alternativ həlli və mediasiya”, “Mülki prosessual sahədə müdafiə taktikasının qurulması”, “İnzibati xətalar üzrə icraatda vəkilin iştirakı”, “Ədalətli məhkəmə araşdırması hüququ”, “Məhkəmə prosesinin qurulması” mövzusu üzrə təlimlər
7. 11-12 mart 2024-cü il tarixində ARVK və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” adlı təlim
8. 16 mart 2024-cü il tarixində ARVK-nın təşkilatçılığı ilə “Hüquqi yazıda əsaslandırma qaydaları” mövzusu üzrə təlim
9. 30 mart 2024-cü il tarxində ARVK və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
10. 20 aprel 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Diskresion səlahiyyətlər və qiymətləndirmə azadlığı əsasında qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi” mövzusu üzrə təlim
11. 26 aprel 2024-cü il tarixində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrası üzrə tədbirlər planı çərçivəsində Vəkillər Kollegiyasının Akademiyası və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı ilə “Vəkillərin ƏL/TMM sahəsində qanunvericilikdən irəli gələn öhdəlikləri” mövzusu üzrə təlim
12. 26 aprel 2024-cü il tarixində ARVK və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
13. 27 aprel 2024-cü il tarixində Vəkillər Kollegiyasının Akademiyası və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Kibercinayətkarlığa qarşı mübarizədə hüquqi məsələlər və spesifik çətinliklər” mövzusu üzrə təlim
14. 30 aprel 2024-cü il tarixində ARVK-nın və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə “Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusu” mövzusu üzrə təlim
15. 11 may 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Yol nəqliyyat hadisələri ilə bağlı müdafiənin həyata keçirilməsi” mövzusu üzrə təlim
16. 14 may 2024-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ARVK-nın üzvləri üçün keçirilən “Rəqabət Məcəlləsinin hüquqi əhəmiyyəti”, “Rəqabət mühitinin qorunmasına dair qanunvericilik çərçivəsinin mahiyyəti, təmərküzləşmə əqdlərinə dair tələbləri” və “Məcəllənin qəbul edilməsindən irəli gələrək ortaya çıxan yeni anlayışlar” mövzuları üzrə təlimlər
17. 18 may 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə kibercinayətkarlıq sahəsində “Rəqəmsallaşma və cinayət prosesi” mövzusu üzrə təlim
18. 25 may 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Azərbaycan Respublikası məhkəmələrində kolliziya normasının tətbiqi problemləri” adlı təlim
19. 1 iyun 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkillik fəaliyyətinin təbliğatı və reklam qadağası” mövzusu üzrə təlim
20. 8 iyun 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Hüquqda tibb, yoxsa tibbdə hüquq?” mövzusu üzrə təlim
21. 22 iyun 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı” adlı təlim
22. 25 iyun 2024-cü il tarixində Vəkillər Kollegiyası və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin beynəlxalq reytinqlərdə önəmi” mövzusu üzrə təlim
23. 29 iyun 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Sığorta işləri ilə bağlı məhkəmə işlərində subroqasiya” mövzusu üzrə təlim
24. 3 iyul 2024-cü il tarixində Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Əməliyyat-axtarış fəaliyyətində insan hüquq və azadlıqlarının təminatında vəkilin rolu” mövzusu üzrə təlim
25. 6 iyul 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinin məhkəmə təcrübəsində problemləri” mövzusu üzrə təlim
26. 13 iyul 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Əmək hüquqları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat” mövzusu üzrə təlim
27. 20 iyul 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Sosial təminat hüquqlarının müdafiəsi zamanı praktik məsələlər” mövzusu üzrə təlim
28. 27 iyul 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “İdman mübahisələrində vəkilin iştirakı” mövzusu üzrə təlim
29. 02 avqust 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyası və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə “Kibercinayətkarlıq və bank sahəsi” mövzusu üzrə təlim
30. 17 avqust 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Müqaviləyə xitam verilməsi - müqavilənin birtərəfli xitamının praktik məsələləri” mövzusu üzrə təlim
31. 24 avqust 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Mülki və inzibati işlər üzrə müvəqqəti təminat tədbirlərinin və müvəqqəti xarakterli müdafiə tədbirlərinin təcrübədə tətbiqi” mövzusu üzrə təlim
32. 31 avqust 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququnun təcrübədə tətbiqi: Azərbaycan Respublikası və xarici dövlətlərin qanunvericiliyinin müqayisəli təhlili” mövzusu üzrə təlim
33. 10 sentyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Şredinger” (kvant fizikası baxımından) və “Sınıq pəncərə” nəzəriyyələrinin işığında vəkillik fəaliyyətinə baxış” mövzusu üzrə təlim
34. 14 sentyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkildən gənc hüquqşünasa” layihəsi çərçivəsində “Müqavilə hüququ” mövzusu üzrə təlim
35. 21 sentyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Axtarışın aparılması qaydaları” mövzusu üzrə təlim
36. 28 sentyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Dəniz hüququ sahəsində normativ tənzimetmə və praktiki məsələlər” mövzusu üzrə təlim
37. 5 oktyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkillərin intizam məsuliyyətinin əsasları” mövzusu üzrə təlim
38. 12 oktyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkildən gənc hüquqşünasa” layihəsi çərçivəsində “Hüquqi şəxslərin yaradılması və xitamı” mövzusu üzrə təlim
39. 19 oktyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Korporativ idarəetmə. Korporativ hüquq” mövzusu üzrə təlim
40. 26 oktyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin qəbuledilənlik şərtləri” mövzusu üzrə təlim
41. 2 noyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vergi cinayətlərində müdafiə üsulunun seçilməsi və vəkilliyin xüsusiyyətləri” mövzusu üzrə təlim
42. 16 noyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
43. 18 noyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “İnzibati məhkəmə icraatında məhkəmə qərarlarının icrası” mövzusu üzrə təlim
44. 23 noyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Ekoloji cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslərə hüquqi yardımın xüsusiyyətləri” mövzusu üzrə təlim
45. 30 noyabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkildən gənc hüquqşünasa” layihəsi çərçivəsində "Müqavilələrdə risk anlayışı" mövzusu üzrə təlim
46. 14 dekabr 2024-cü il tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Əmlak mübahisələri üzrə praktiki məsələlər” mövzusu üzrə təlim
47. 24 dekabr 2024-cü il tarixində Vəkillər Kollegiyası və Maliyyə Monitorinqi Xidmətinin (MMX) birgə təşkilatçılığı ilə “Beynəlxalq əməkdaşlıq, məlumat və sənədlərin mübadiləsi” mövzusu üzrə təlim.
Sonda bildirmək istərdik ki, ötən 7 ildə vəkillik sahəsində aparılan islahatlar və görülən işlər çərçivəsində, yuxarıda qeyd olunanların davamı kimi, ARVK hər zaman öz missiyasına sadiq qalmaqla vətəndaşlara xidmət, qanunların keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcəkdir.
AzVision.az