Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib
![Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib](https://azvision.az/photos/2025/02/FOTO-1739000695.jpg)
“Uşaqlarımıza öyrədək” İB-nin sədri və təsisçisi Yusif Kərimli təbdbirdəki çıxışında bildirib ki, forumun keçirilməsində əsas məqsəd gənclərə müxtəlif mövzularda, əsasən təbiət və dayanıqlılıqla bağlı fikirlərini sərbəst ifadə etmək, innovativ layihələrini və yaradıcı ideyalarını nümayiş etdirmək üçün platforma yaratmaqdır.
“Tədbirdə gənclərin qlobal məsələləri paneldə müzakirə etməsi və öz sahələrində böyük təcrübəyə malik şəxslərdən dəyərli məsləhətlər alması üçün dinamik bir mühit yaradılacaq. Forumun əsas məqsədlərindən biri ideyaların mübadiləsi üçün platforma yaratmaqla yanaşı, iri şirkətlərlə gənclər arasında körpü qurmaqdır”, - Yusif Kərimli əlavə vurğulayıb.
Daha sonra İB-nin nümayəndəsi Səbinə Abışova “Uşaqlarımıza öyrədək” təşkialtın yaradılması və fəaliyyəti barədə məlumat verib. Həmçinin İB-nin fəaliyyətinə dair video təqdim olunub.
“Azərkosmos”un təhsil və tanıtım üzrə meneceri İmran Muxtarov iştirakçılara qurumun fəaliyyəti və Kosmik Akademiya barədə məlumat verib.
“Bu təqdiredici təşəbbüsə görə sizi təbrik etmək istəyirəm. Əminəm ki, belə tədbirlər gənclərin kosmik biliklərinin genişləndirilməsi və marağının artırılması istiqamətində mühüm rol oynayacaq”, - İmaran Muxtarov bildirib.
Sonra o, “Azərkosmos”un fəaliyyətinə dair təqdimatla çıxış edib.
AzVision.az
Teqlər: Azərkosmos Forum