AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan Ermənistanın Müdafiə nazirliyi səfərlə bağlı başqa təfərrüatlar açıqlamayıb.
Qeyd edək ki, bu yaxınlarda Papikyanın Ermənistanın baş naziri Nikol Paşinyanla “xoşagəlməz söhbəti” olduğu bildirilirdi. Buna səbəb Müdafiə nazirinin Hindistan tərəfdən raket silahlarının tədarükünə dair müqaviləyə görə külli miqdarda pul (təxminən 100 milyon dollar) alması barədə məlumat olub.
Bundan sonra məlum olub ki, Hindistan tərəfi erməni nümayəndələrinə BRICS sammiti çərçivəsində baş nazir Paşinyanla hindistanlı həmkarı Narendra Modi arasında görüş təşkil etməkdən boyun qaçırıb. Ermənistan mediasının yazdığına görə, raket silahlarının İrəvana tədarükünə dair müqavilə bağlayarkən böyük “köçmələr”lə bağlı qalmaqalın üzə çıxamsından Hindistanda son dərəcə narazıdırlar.
Sahil İsgəndərov
AzVision.az