Sabah qar yağacaq, yollar buz bağlayacaq

Sabah qar yağacaq, yollar buz bağlayacaq
  08 Fevral 2025    Oxunub:286
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.
AzVision.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

AzVision.az


Teqlər: hava   qar   buz  





Xəbər lenti