Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlində dəyişiklik olmayıb

Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlində dəyişiklik olmayıb
  08 Fevral 2025    Oxunub:298
Azərbaycan ərazisindəki qeyri-sabit hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda indiyə kimi uçuş cədvəlinə təsir göstərən hər hansı gecikmə və ya ləğv olunmuş reys qeydə alınmayıb.
AzVision.az aeroportun mətbuat xidmətinin yaydığı malimata istinadən xəbər verir ki, uçuşların təhlükəsizliyi tam təmin olunmaq şərti ilə bütün reyslər cədvəl üzrə həyata keçirilir.

Hava şəraitini və nəqliyyat idarəetməsində yarana biləcək çətinlikləri nəzərə alaraq uçuşu olan sərnişinlərə hava limanına gəliş vaxtlarını əvvəlcədən planlaşdırmaları tövsiyə olunub.

Hava limanı ərazisində qeydə alınan güclü külək səbəbindən sərnişinlərə və ziyarətçilərə ehtiyac olmadıqda uzun müddət açıq havada qalmamaq tövsiyyə edilib.

“Qeyri-sabit hava ilə bağlı mümkün dəyişikliklər olarsa, sərnişinlərə hava limanının və aviaşirkətlərin rəsmi kanalları vasitəsilə əlavə məlumat veriləcək”, - məlumatda bildirilib.

AzVision.az




Teqlər: aeroport   uçuşlar   sabitlik  





Xəbər lenti