Avropa qaz qıtlığı ilə üzləşib
![Avropa qaz qıtlığı ilə üzləşib Avropa qaz qıtlığı ilə üzləşib](https://azvision.az/photos/2025/02/QAZ-1739008032.jpg)
Hərçənd, Avropada havanı həddindən artıq soyuq adlandırmaq olmaz - bu, iqlim normasına uyğundur. Yanvar ayında regionda normadan və keçən ilki göstəricidən bir dərəcə isti olub. Proqnoza görə, fevral ayında Avropada havanın temperaturu iqlim norması səviyyəsində və 2024-cü ilin eyni ayı ilə müqayisədə 4 dərəcə soyuq olacaq.
Cari mövsümdə qazın belə aktiv istifadəsindən sonra Avropanın yayda yeraltı qaz anbarlarında qaz ehtiyatlarını artırmaq və onların səviyyəsini çəkilmə mövsümünün əvvəlinə 90%-lik normativ həddinə çatdırmaq üçün daha çox tədarük tələb olunacaq. Aİ-nin bu direktivinin “Qazprom”un qaz təchizatına süni məhdudiyyətlər kontekstində həyata keçirilməsi zərurəti bütün dünyada 2025-ci ildə qaz qiymətlərinin artımına ciddi dəstək verəcək.
Avropada hazırkı qiymət səviyyəsi artıq min kubmetr üçün 600 dollar həddindədir. Hollandiyanın TTF habı üzrə “bir gün öncə” müqaviləsi fevralın 7-də 594 dollar civarında bağlanıb.
İsitməyə daha çox qaz sərfiyyatı zərurəti ilə yanaşı, Avropanın enerji sektoru külək enerjisi güclərindən enerji təchizatındakı çatışmazlıqları qaz istehsalı ilə kompensasiya etməyə məcburdur. 2025-ci ilin fevral ayının ilk həftəsində külək turbinləri regionun elektrik enerjisinə olan tələbatının cəmi 12%-ni təmin etdiyi halda, 2024-cü ilin fevralında bu rəqəm 22%-ə bərabər idi.
Sahil İsgəndərov
AzVision.az