Azərbaycan və Sloveniya XİN müavinləri Bakıda görüşəcəklər

Azərbaycan və Sloveniya XİN müavinləri Bakıda görüşəcəklər
  08 Fevral 2025    Oxunub:303
Sloveniyanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi üzrə Dövlət katibi (nazir müavini statusunda – red.) Marko Ştuçinin Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşü keçiriləcək.
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı hazırda Bakıya gələn Sloveniyanın Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Qorazd Rençel verib.

O deyib ki, görüşlə əlaqədar Marko Ştuçinin rəhbərliyində nümayəndə heyəti Azərbaycana səfərə yollanacaq.

"9-11 fevral tarixlərini əhatələyən səfər proqramı çərçivəsində Marko Ştuçin Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşərək, ikitərəfli siyasi məsləhətləşmələr aparacaq. Tərəflər iqtisadi əlaqələrin dərinləşdirilməsi və regional məsələlər ətrafında müzakirələr aparacaqlar", - səfir bildirib.

AzVision.az


Teqlər: Azərbaycan   Sloveniya   XİN   görüş  





Xəbər lenti