Kobaxidze: Xaricdən maliyyələşən QHT-lər 4 dəfə inqilab etmək istəyiblər
![Kobaxidze: Xaricdən maliyyələşən QHT-lər 4 dəfə inqilab etmək istəyiblər Kobaxidze: Xaricdən maliyyələşən QHT-lər 4 dəfə inqilab etmək istəyiblər](https://azvision.az/photos/2024/03/rakli_kobaxidze-1711357455.jpg)
“Avropa İttifaqı da oxşar qanun qəbul etmək istəyirdi və onlar birbaşa, rəsmi şəkildə bildirdilər ki, Gürcüstanda analoji qanun qəbul edildiyinə görə, artıq Avropa İttifaqında bu qanunu qəbul edə bilməyəcəklər. Çünki o zaman Gürcüstanı eyni qanunu qəbul etdiyinə görə tənqid etməyə daha mənəvi haqları olmayacaqdı. İndi qəribədir ki, bizim elanımız ABŞ-da “Fara” qanununun yumşaldılması ilə üst-üstə düşdü. Burada “Dərin Dövlətin” əli ola bilər və bunu gələcək göstərəcək”, – deyə Kobaxidze vurğulayıb.
AzVision.az