Gürcüstanın spikeri Aİ rəsmilərini ikiüzlülükdə günahlandırıb

   Gürcüstanın spikeri Aİ rəsmilərini ikiüzlülükdə günahlandırıb
  08 Fevral 2025    Oxunub:340
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında Avropa İttifaqının Ali Nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidenti Kaia Kallasi və genişlənmə üzrə Avropa komissarı Marta Koscinin Gürcüstandakı mövcud vəziyyətlə bağlı bəyanatlarına cavab verib.
Ş.Papuaşvili onları ikiüzlülükdə günahlandırıb: “Səhvləri etiraf etmək, zorakı etirazları pisləmək və Avropa Demokratiya Fondunun (EED) maliyyəsini açıqlamaq əvəzinə, Gürcüstana qarşı məlumatsız və əsassız ittihamlar irəli sürmək yersiz və ədalətsizdir.

Avropa İttifaqının ATƏT/DTİHB-nin seçki hesabatını tanımayan qurumlarının rəhbərlərinin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür”.


AzVision.az


Teqlər: Gürcüstan   Avropa  





Xəbər lenti