Şolts Trampa rüsumlarla bağlı xəbərdarlıq etdi

   Şolts Trampa rüsumlarla bağlı xəbərdarlıq etdi
  08 Fevral 2025    Oxunub:360
Avropa Komissiyası ABŞ Prezidenti Donald Trampın quruma qarşı rüsumlar tətbiq etmək qərarına bir neçə saat ərzində reaksiya verəcək.
Bu barədə Almaniya kansleri Olaf Şolts bildirib. Onun sözlərinə rəsmi Berlin əməkdaşlığın tərəfdarıdır:

“Tariflər heç kimə sərfəli olmadığı üçün əlimizi uzadırıq. Əgər ABŞ belə addımlar atsa, Avropa Komissiyası bir neçə saat ərzində cavab verə biləcək. Qloballaşma sənayesi inkişaf etmiş, ixracyönümlü ölkə kimi Almaniya üçün sərfəlidir və bu vəziyyət davam etməlidir. 450 milyon əhalisi olan Avropa İttifaqı “güclü və fəaliyyətə qadir”dir”.

AzVision.az


Teqlər: Berlin   ABŞ  





Xəbər lenti