ABŞ İsrailə dünyanın ən güclü bombasını verir?

 ABŞ İsrailə    dünyanın ən güclü bombasını    verir?
  09 Fevral 2025    Oxunub:959
Bəzi məlumatlara görə, Netanyahunun ABŞ-a sonuncu səfəri zamanı Vaşinqtonun dünyanın ən böyük bombasını olan MOAB-ı (Massive Ordnance Air Blast) İsrailə verəcəyi haqda razılığa gəlinib.
MOAB abreviaturası başqa cür “Mother of All Bombs” da oxunur. Qeyri-nüvə silahların arasında ən böyük dağıdıcı gücə malik olan bombanın ağırlığı 9,5 ton, uzunluğu 9,1 metr, diametri 1 metrdir. İlk dəfə 2003-cü ildə sınaqdan keçirilib.

Bu bomba dərin yeraltı bunkerləri dağıtmaq üçün nəzərdə tutulub. Qərb ekspertlərinin fikrincə, İsrailin bu silahdan İranın yeraltı nüvə laboratoriyalarına zərbə endirmək üçün istifadə edəcəyi istisna deyil.

Samir Quliyev
AzVision.az


Teqlər: ABŞ   İsrail   İran  





Xəbər lenti