Elektrik qurtardı. Benzin qayıdır

// Avropanın avtomobil konsernləri sükanı geriyə bururlar

   Elektrik qurtardı.    Benzin qayıdır
  09 Fevral 2025    Oxunub:1928
Almaniyanın “Porsche” avtomobil şirkəti rəsmi açıqlama yayaraq, elektromobillərə keçidin yanlış olduğunu və benzinlə işləyən mühərriklərə qayıtdığını bəyan edib. Şirkət bildirib ki, daxiliyanma mühərriklərinin yeni modellərinin yaradılmasına 800 milyon avro sərmayə qoymaq fikrindədir.
Halbuki, dünənə qədər “Porsche” tam əksini deyərək, bildirirdi ki, konveyerlərindən çıxan avtomobillərin maksimin 20%-i ənənəvi yanacaqla işləyəcək. İndi isə konsernin rəhbərləri bu siyasəti ciddi səhv olduğu qənaətinə gəliblər. Onların fikrincə, benzin mühərrikləri hələ uzun müddət bazarda qalacaq. Ona görə, 2030-cu ildən sonra da “Cayenne”və “Panamera” modelləri üçün V-8 mühərriklərinin istehsalını davam etdirəcəklər.

“Porsche” bu baxımdan tək deyil: “Ford”, “General Motors”, “Volkswagen” və “Volvo” kimi böyük istehsalçılar da benzindən imtinanın səhv olduğunu getdikcə daha ucadan bəyan edirlər. Əsas səbəb elektromobillərə tələbatın aşağı olması və bazarın bu seqmentində Çinin avtomobil istehsalçıları ilə rəqabət apara bilməmələridir. Nəticədə milyardlarla dollar ziyana düşürlər.

Bəs Avropanın “yaşıl gündəliyi” necə olsun? Axı orada 2050-ci ilə qədər daxiliyanma mühərrikləri tam şəkildə qadağan olunacaq... Avtomobil istehsalçıları bu siyasəti yanlış sayır və elektromobillərin daha ekoloji olması haqda təsəvvürləri “illüziya” adlandırırlar.

Məsələ ondadır ki, daxiliyanma mühərrikli bir avtomobil hər kilometr məsafəyə görə atmosferə təxminən 125 qram karbon qazı (СО2) atır. Elektromobillər özləri bilavasitə karbon yazı yaratmırlar, amma onların işlətdiyi cərəyan elektrik stansiyalarında hasil olunur. Orada isə böyük miqdarda karbohidratlar yandırılır. Bunun üstünə elektromobilin və ayrılıqda batareyaların istehsalı zamanı yaranan böyük miqdarda karbon qazını da gələndə (8-9 ton) son nəticədə elektromobillər dolayı yolla atmosferin hətta daha çox çirklənməsinə səbəb olurlar.

Tariyel Həsənov
AzVision.az

Mövzu ilə bağlı bu materialı da oxumağınız əla olardı:

XXI əsrin nefti | Lonqrid
// Azərbaycan H2-gələcəyə necə hazırlaşır

Ggələcək, doğrudanmı, elektromobillərə məxsusdur? Hazırda kifayət qədər aktual olan bu sual çox beyinləri məşğul edir. Bəzi proqnozlara görə, “XXI əsrin benzini” əslində hidrogen olacaq, elektromobillər isə sadəcə, aralıq mərhələdirlər. Bu cür proqnozlar getdikcə daha əsaslı görünür...


Teqlər: Avtomobil   Elektromobil  





Xəbər lenti