Bələdiyyələrin yerli büdcə gəlirləri açıqlanıb

Bələdiyyələrin yerli büdcə gəlirləri açıqlanıb
  10 Fevral 2025    Oxunub:426
2024-cü ildə bələdiyyələrin yerli büdcə gəlirləri əvvəlki illə müqayisədə 18,6% artıb. Bələdiyyə torpaqlarından qanuni və səmərəli istifadə büdcə gəlirlərinin artımına müsbət təsir göstərib.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 10-da keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə əksini tapıb.

Bildirilib ki, il ərzində 295 maarifləndirmə tədbiri keçirilib, 8912 bələdiyyə üzvü və qulluqçusu iştirak edib. 248 seminar və 30 onlayn təlim kursu təşkil olunub.

AzVision.az


Teqlər: bələdiyyə   gəlir  





Xəbər lenti