Amerikalılar Trampın işini qiymətləndiriblər

Amerikalılar Trampın işini qiymətləndiriblər
  10 Fevral 2025    Oxunub:485
ABŞ vətəndaşlarının əksəriyyəti prezident Donald Trampın işinin öhdəsindən gəldiyinə inanır, Çinə qarşı tarifləri və qeyri-qanuni miqrantları deportasiya etmək planlarını dəstəkləyir. Bununla belə, onlar prezidentin qiymətlərin aşağı salınması üçün kifayət qədər iş görmədiyini düşünürlər.
AzVision.az xəbər verir ki, CBS News/YouGov-nun keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların yarıdan çoxu Donald Trampın ABŞ prezidenti kimi ilk həftələrdəki fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 53%-i onun fəaliyyətini bəyənir, 70%-i isə respublikaçının seçki kampaniyası zamanı verdiyi vədləri yerinə yetirdiyini vurğulayır.

Fevralın 5-dən 7-dək keçirilən sorğu zamanı 2min 175 amerikalının rəyi öyrənilib, mümkün səv nisbəti isə 2,5 faiz təşkil edib. “Bloomberg” agentliyinin yazdığına görə, nəticələr Trampın birinci prezidentliyi dövründəkindən daha yaxşıdır: 2017-ci ilin yanvarında təqdir reytinqi 44% olub.

ABŞ prezidentinin fəaliyyətinin “bal ayı” dövrünə baxmayaraq, bir çox tədqiqat iştirakçıları Trampın istehlak qiymətlərinin aşağı salınması üçün yetərincə iş görməməsindən narahatdırlar. Maraqlıdır ki, belə düşünən 66% respondentin onların yarısı respublikaçılardır.

BMT: ABŞ-nin tarifləri qlobal iqtisadi problemlərə təsir edəcək
Sorğuda iştirak edənlərin əksəriyyət (56%) Çindən gələn mallara 10% rüsum tətbiq edilməsini dəstəkləsə də, Meksika (56%), Kanada (62%) və Avropa ölkələrinə (60%) tariflərin əleyhinədir. Çinə qarşı tədbirlər fevralın 4-dən qüvvəyə minib, Meksika və Kanadadan idxal olunan mallara isə 25% rüsumun tətbiqi bir ay gecikdirilib.

Trampın qeyri-leqal miqrantların kütləvi deportasiyası planlarını respondentlərin 59%-i, Meksika ilə sərhədə qoşun göndərilməsini isə 64%-i bəyənib. Eyni zamanda, qeyri-leqal immiqrantlar üçün deportasiya olunana qədər saxlama mərkəzlərinin yaradılması ideyası daha az populyardır: amerikalıların 48%-i bunu dəstəkləyib, 52%-i isə əleyhinə çıxıb.

Milyarder İlon Maska gəldikdə, yalnız 23% vətəndaş onun Hökumətin Effektivliyi Departamentinin (DOGE) hökumətin əməliyyatları və xərcləmələri üzərində “güclü” təsirə malik olması zərurətini qəbul edir. Respondentlərin 49%-nin fikrincə, idarənin hökumət üzərində heç bir nəzarəti olmamalıdır.

“FiveThirtyEight” sorğu layihəsinin təhlilinə əsasən, Trampın andiçmə mərasimindən sonra onun ortalama reytinqi 48% ətrafında dəyişib. “Morning Consult” şirkətinin prezidentin vəzifədə olduğu ilk həftədən sonra onun reytinqinin üç bənd azalaraq 52%-dən 49%-ə düşdüyünü iddia edir.

Müqayisə üçün qeyd edək ki, Trampın sələfi Co Baydenin prezidentlik müddətinin əvvəlində fəaliyyətini bəyənmə reytinqi 57%, Barak Obamanın 66%, Corc Buşun reytinqi isə 59% olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   fəaliyyət   sorğu  





Xəbər lenti