Tramp Kanadadan əl çəkmir
![Tramp Kanadadan əl çəkmir Tramp Kanadadan əl çəkmir](https://azvision.az/photos/2025/02/ЛФТТ-1739177451.jpg)
“Biz onlara ildə təxminən 200 milyard dollar subsidiya veririk. Bunu dayandırsaq, rüsumun tətbiqi ilə onların maşın istehsal etməsinə mane olsaq, onlar həyat qabiliyyətli ölkə olmayacaqlar”, - Tramp Luiziana ştatına səfəri zamanı təyyarədə jurnalistlərə deyib.
O, ABŞ-nin “əla münasibətləri” olan Kanada xalqını sevdiyini vurğulayıb. Bu dövlət üçün isə ən yaxşı həll yolu ABŞ-nin 51-ci ştatı olmaqdır. Kanada bu süni sərhəd olmadan ABŞyə qoşula bilsəydi, çox yaxşı olardı.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin milli təhlükəsizlik müşaviri Maykl Uolts Trampın Kanadanı işğal etmək niyyətində olmadığını bildirib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tramp Kanada ittihamlar