Azərbaycanda səmt qazının istehsalı artıb

Azərbaycanda səmt qazının istehsalı artıb
  10 Fevral 2025    Oxunub:498
Ötən il Azərbaycanın neft yataqlarından 15 112,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,2% çoxdur.
AzVision.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 3 804,91 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 6,7% çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın neft yataqlarından 15 086,6 mln. kubmetr səmt qazı hasil edilib və 3 565,5 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb.

AzVision.az


Teqlər: qaz-istehsalı  





Xəbər lenti