Tehran Trampı ikibaşlı oyunda ittiham edir

   Tehran Trampı ikibaşlı oyunda ittiham edir
  10 Fevral 2025    Oxunub:497
ABŞ prezidenti Donald Tramp İranla danışıqlara başlamaq istəyindən danışır, lakin bu arada ona qarşı yeni intriqalar qurur.
AzVision.az xəbər verir ki, İranın prezidenti Məsud Pezeşkian belə bəyanatla çıxış edib.

“Tramp davamlı şəkildə İranla danışıqlara hazır olduğunu deyir. Bununla yanaşı, o, İrana qarşı sui-qəsdlər barədə getdikcə daha çox yeni fərmanlar imzalayır. ABŞ İranı diz çökdürməyi yalnız arzulaya bilər”, - Məsud Pezeşkian İslam inqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı bildirib.

İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Rza Aref isə ABŞ ilə yeni sazişin bağlanmasının İranın milli maraqlarına cavab verməyəcəyini deyib. Onun sözlərinə görə, ABŞ-yə heç vaxt və indi də etibar etmək olmaz. Vaşinqtonla razılaşma hər iki tərəf üçün faydalı olmalıdır. Bu baxımdan, Tehran bu gün ABŞ-lə razılaşmanın İranın maraqlarına uyğun olacağını düşünmür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pezeşkian   Tramp   intriqalar  





Xəbər lenti