Vəkillər Kollegiyasının rəhbərliyi yeni vəkil köməkçiləri ilə görüşüb

Vəkillər Kollegiyasının rəhbərliyi yeni vəkil köməkçiləri ilə görüşüb
  10 Fevral 2025    Oxunub:425
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.
Görüşdə ARVK sədri Anar Bağırov çıxış edərək vəkil köməkçilərini salamlayıb, onların gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra sədr vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolu və əhəmiyyətini, inkişaf perspektivlərini, habelə savadlı vəkil köməkçilərinin peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmini ifadə edib.

Vəkillik peşəsinin vacibliyini və bu sahədə peşəkar yardımın cəmiyyət üçün əhəmiyyətindən danışan Anar Bağırov hazırda Kollegiyada 572 vəkil köməkçisinin və 2500-dən çox vəkilin fəaliyyət göstərdiyini vurğulayıb.

ARVK-nın hər zaman vəkil köməkçilərinin fəaliyyətinə, peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirdiyini deyən sədr onlara tövsiyələrini çatdıraraq bu istiqamətdə fəaliyyətlərinin təcrübi biliyə yiyələnmələrində faydalı olacağını bildirib. Diqqətə çatdırılıb ki, Kollegiyanın Rəyasət Heyətinin 14.10.2024-cü il tarixli qərarı ilə vəkil köməkçilərinin vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulan ödənişdə güzəşt olunub.

Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti