İdxal olunan baytarlıq preparatı yararsız çıxdı

   İdxal olunan baytarlıq preparatı yararsız çıxdı
  10 Fevral 2025    Oxunub:405
İdxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlanıb.
Bu barədə AzVision.az -a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Farmvet" MMC-nin Niderlanddan idxal etdiyi 189 ədəd 1 litrlik "Trim/Sul 80/400 Oral Suspenziya" baytarlıq preparatından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.

Faktla bağlı müvafiq qərar qəbul edilərək uyğunsuzluq aşkarlanan məhsullar məhv edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti