Kobaxidze Qərbi Ukrayna münaqişəsinin alovlanmasında günahlandırıb

Kobaxidze Qərbi Ukrayna münaqişəsinin alovlanmasında günahlandırıb
  10 Fevral 2025    Oxunub:572
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qərbi Ukrayna münaqişəsini başlatmaqda ittiham edib.
AzVision.az xəbər verir ki, O, bu barədə “Die Weltwoche” nəşrinə müsahibəsində bildirib.

Siyasətçi vurğulayıb ki, Qərb dövlətləri Kiyevin silahlanmasında fəal iştirak ediblər.

Kobaxidzenin sözlərinə görə, hərbi münaqişədən qaçmaq üçün bütün mümkün tədbirləri görmək lazım idi.

Baş nazir əlavə edib ki, dost ölkənin dağıdılması Gürcüstan üçün dərin narahatlıq doğurur.

AzVision.az



Teqlər:





Xəbər lenti