Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq

 Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq
  11 Fevral 2025    Oxunub:428
Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik", - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti