Simonyan: “Rusiyaya ehtiyac yoxdur”

      Simonyan:    “Rusiyaya ehtiyac yoxdur”
  11 Fevral 2025    Oxunub:471
Bakı ilə danışıqlarda İrəvan çətin ki, Rusiyanın vasitəçiliyini qəbul etsin.
AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan belə iddia səsləndirib.

“Məncə, bu mümkün deyil. Biz, əlbəttə ki, hər bir konkret təklifi müzakirə edirik, lakin keçmiş təcrübə çoxlu pis xatirələr qoyub, hələ də cavabını tapa bilmədiyimiz çoxlu suallarımız var”, - Alen Simonyan deyib.

Ermənistan parlamentini sədri həmçinin bəyan edib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar dalana dirənməyib: “Nəsillərimiz üçün bölgəyə sülh gətirmək məsələsində bizim tarixi şansımız var”.

Simonyan: “Rusiyanı darmadağın və məhv etmək lazımdır”
Bundan əvvəl Simonyan Azərbaycan və Ermənistanın sülh müqaviləsi layihəsinin bir çox bəndləri üzrə razılığa gələ bildiklərini, habelə danışıqlarda müsbət dinamika olduğunu iddia etmişdi.

- Biz sülh müqaviləsinin 10-dan çox bəndi üzrə razılığa gələ bildik. Bu, məncə, hər iki tərəf üçün çox böyük qələbədir. İki dövlət (delimitasiya komissiyaları) arasında tarixdə görünməmiş ilk hüquqi sənəd imzalanıb. Bizim delimitasiya olunmuş sərhədimiz və bu sərhəd prosesini davam etdirmək məntiqimiz var. Proses müsbət xarakter daşıyır”, - Ermənistan parlamentinin spikeri bildirmişdi.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın “Johovurd” qəzeti Alen Simonyanın İrəvanda Şimal-Baltik səkkizliyi formatına daxil olan dövlətlərin parlament sədrləri və vitse-spikerləri ilə qapalı görüşü zamanı “Rusiyanı darmadağın və məhv etmək lazımdır” kimi bəyanatlar səsləndirdiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Simonyan   Rusiya   vasitəçilik  





Xəbər lenti