Suriyada rusiyalı hərbçilərin keçidinə icazə verməyib

   Suriyada rusiyalı hərbçilərin keçidinə icazə verməyib
  11 Fevral 2025    Oxunub:410
Suriyanın Müdafiə nazirliyi Rusiya hərbi müşaiyət karvanının Tartusdakı bazaya daxil olmasına icazə verməyib. Latakiya əyalətindəki Xmeymim aviabazasından səhər saatlarında yola çıxan raketlərlə silahlanmış 30 maşından ibarət karvan Tartusdakı nəzarət-buraxılış məntəqəsində Suriyanın yeni hökumətinə tabe olan hərbçilər tərəfindən dayandırılıb.
AzVision.azxəbər verir ki, keçid məntəqəsində səkkiz saat gözlədikdən sonra müşaiyət karvanı Xmeymim bazasına qayıtmağa məcbur olub.

Bu hadisə Suriyanın keçid hökumətinin Müdafiə naziri Murhaf Əbu Kasranın Rusiya bazalarının saxlanmasının onların bu ölkə üçün faydasından asılı olacağı ilə bağlı son açıqlamaları fonunda baş verib: “Əgər bundan Suriya üçün faydalanırıqsa, bəli onlar qalacaqlar”.

Suriyanın yeni hakimiyyəti Rusiyadan təzminat istəyib
Rusiya hərbçiləri Bəşər Əsəd rejimi ilə razılaşma əsasında 2015-ci ilin avqust ayından etibarən Xmeymim bazasından istifadə edir. Müxalif qüvvələrin ötən ilin dekabrında hakimiyyətə gəlməsindən sonra Rusiya Suriyadakı hərbi mövcudluğunu Latakiyadakı Xmeymim aviabazasında cəmləşdirib.

Bir müddət əvvəl Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Rusiyanın Suriyadakı hərbi bazalarının taleyi ilə bağlı sualın “əlavə məsləhətləşmələr tələb etdiyini və bunun davam etdiriləəcəyini” bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, öz növbəsində, Moskvanın Suriyanın yeni hakimiyyət orqanları ilə bütün məsələlər, o cümlədən hərbi bazaların statusu ilə bağlı “dialoqu davam etdirmək” niyyətini təsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   Rusiya   hərbçilər  





Xəbər lenti