Kallas Ukrayna üzrə sülh sazişi barədə Aİ-nin şərtini açıqlayıb

   Kallas Ukrayna üzrə sülh sazişi barədə  Aİ-nin şərtini açıqlayıb
  11 Fevral 2025    Oxunub:402
Avropanın iştirakı olmadan Ukraynanın nizamlanmasına dair razılaşma əldə edilə bilməz.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “Corriere della Sera” qəzetinə müsahibəsində belə deyib.

“Avropada gedən bu müharibə həm Ukraynaya aiddir, həm də Avropaya aiddir və real sülhə nail olmaq üçün Avropanın iştirakı lazımdır. Aİ-nin iştirakı olmadan heç bir razılaşma görmürəm. Ukraynaya kömək etmək bizim üçün xeyriyyəçilik demək deyil, bu yolla biz öz təhlükəsizliyimizə sərmayə qoyuruq”, - Kaya Kallas iddia edib.

Avropa tələyə düşəcəyindən qorxur
ABŞ prezidenti Donald Tramp daha əvvəl Ukraynadakı münaqişənin həllinə dair razılaşmaların “çox da uzaq olmayan gələcəkdə” əldə olunacağına ümid etdiyini bildirib. Qərb mediasında Ukrayna nizamlanmasının Avropa istisna olmaqla, Kiyevin rəsmi iştirakı ilə Rusiya və ABŞ liderləri arasında ikitərəfli əsasda müzakirə ediləcəyi ilə bağlı ehtimallar getdikcə artır.

Bir neçə gün əvəvl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-dən Ukrayna məsələsi ilə bağlı hələlik heç bir əsaslı təklif yoxdur, hər gün yalnız müxtəlif bəyanatlar müşahidə olunur, sonra isə bunlar təkzib edilir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Kallas   Ukrayna   sülh  





Xəbər lenti