Avropa Ermənistanla maksimum dərəcədə yaxınlaşıb

Avropa Ermənistanla maksimum dərəcədə yaxınlaşıb
  11 Fevral 2025    Oxunub:390
Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma prosesi getdikcə sürətlənir, lakin Ermənistan hələ də üzvlük üçün rəsmi ərizə təqdim etməyib.
AzVision.az xəbər verir ki, Avropa Komissiyası (AK) belə bəyanat yayıb.

“Ermənistanda davam edən müzakirələr Avropa İttifaqının (Aİ) və onun dəyərlərinin cəlbediciliyini nümayiş etdirir. Aİ ilə Ermənistan arasında münasibətlər heç vaxt indiki qədər yaxın olmayıb. Avropa Sülh Fondu çərçivəsində 10 milyon avro məbləğində viza rejiminin liberallaşdırılması və dəstək üzrə dialoqun başlanması bunu nümayiş etdirdi”, - məlumatda bildririlir.

Brüssel, həmçinin erməni həmkarları ilə Avropaya inteqrasiya haqqında qanun layihəsini müzakirə etməyə söz verib. Hüquqi baxımdan Aİ-yə üzvlük məsələsinin hələ gündəmdə olmasa da, Ermənistan artıq ittifaqla daha dərin tərəfdaşlığa doğru irəliləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   yaxınlaşma  





Xəbər lenti