Ukrayna kütləvi hava hücumuna məruz qalıb
![Ukrayna kütləvi hava hücumuna məruz qalıb Ukrayna kütləvi hava hücumuna məruz qalıb](https://azvision.az/photos/2025/02/UDAR-1739272741.jpg)
Bundan əvvəl Ukraynanın “Naftoqaz” şirkəti ölkənin qaz infrastrukturuna ziyan vurduğunu açıqlamışdı: “Naftoqaz” qrupunun Poltava vilayətindəki istehsalat obyektlərinə ziyan dəyib”.
Ukraynanın energetika naziri German Qaluşenko da qaz infrastrukturuna hücum edildiyini təsdiqləyib.
Polşalı hərbçilərə istinad edən “Reuters” agentliyi Rusiyanın səhər saatlarında həyata keçirdiyi bu hücumdan sonra Polşanın və onun müttəfiqlərinin döyüş təyyarələrinin Ukraynanın təhlükəli zonaları ilə həmsərhəd ərazilərdə təhlükəsizliyi təmin etmək üçün hərəkətə gətirildiyini yazıb.
“Silahlı Qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir, onun qüvvə və vasitələri dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir”, - Polşa komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, növbətçi qırıcı təyyarə cütlükləri havaya buraxılıb, yerüstü hava hücumundan müdafiə (HHM) və radar kəşfiyyat sistemləri ən yüksək hazırlıq səviyyəsinə gətirilib.
Sahil İsgəndərov
AzVision.az