İlk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək

   İlk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək
  11 Fevral 2025    Oxunub:339
Təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək.
Bununla bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında öz əksini tapıb.

Tədbirlər Planında qeyd olunub ki, il ərzində yeniyetmələr və gənclər üçün olimpiadaların, müsabiqələrin, marafonların, debatların və təlimlərin keçirilməsi, “Zəfərin izi ilə” layihəsi çərçivəsində məktəblilərin, tələbələrin və könüllülərin işğaldan
azad edilmiş ərazilərə səfərlərinin təşkili, təhsil müəssisələrində ilk dərs gününün “Konstitusiya və Suverenlik İli”nə həsr edilməsi, xüsusi dərslərin və mühazirələrin təşkili həyata keçirilsin.

Qeyd olunan tədbirlərin təşkili üçün icraçı orqanlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Miqrasiya Xidməti, Gənclər Fondu, Medianın İnkişafı Agentliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri və Konstitusiya Məhkəməsi (tövsiyə olunur) müəyyən edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti