Karlson: “ABŞ siyasətçiləri Ukraynanı məhv etdilər”

      Karlson:    “ABŞ siyasətçiləri Ukraynanı məhv etdilər”
  11 Fevral 2025    Oxunub:320
ABŞ hakimiyyətinin hərəkətlərinin Ukraynanın məhvinə gətirib çıxardığını deyən Amerikanın tanınmış aparıcı-jurnalisti Taker Karlson Vaşinqtonu düşmənçilik törətməkdə ittiham edib.
AzVision.azxəbər verir ki, Taker Karlsonun sözlərinə görə, “bütün bir nəsil məhv edilib”, amma amerikalı siyasətçilər buna görə Ukrayna hakimiyyətini günahlandırırlar.

“Ukrayna viran qaldı. Ukrayna parlamenti vətəndaşlığı olmayan əcnəbilərin öz torpaqlarını satın ala bilmələrini qanuniləşdirib, beləliklə, onlar öz ölkələrini fiziki olaraq itirəcəklər. Bütöv bir nəsil məhv edildi. İndi isə Amerika siyasətçiləri deyirlər ki, bu, sizin günahınızdır. Hərbi xidmətə çağırış yaşını 18 yaşa endirməlisiniz. Demək istəyirəm ki, bir xristian olaraq bu, məni qəzəbləndirir və iyrəndirir. Necə? Bu nədir? Düşünürəm ki, bu, indiyə qədər eşitdiyim ən iyrənc şeydir”, - Taker Karlson təqaüdçü amerikalı polkovnik-leytenant Deniel Devisə müsahibəsində bildirib.

Xatırladaq ki, 2024-cü ilin dekabrında ABŞ Dövlət departamentinin sözçüsü Metyu Miller Ukrayna silahlı qüvvələrinin sıralarını doldurmaq üçün 18 yaşından yuxarı şəxslərin səfərbər olunacağı halda Vaşinqtonun və onun müttəfiqlərinin çağırışçıları nəinki təchiz etməyə, hətta onlara təlim keçəcəkləri barədə Kiyevə məlumat ötürüldüyünü bildirmişdi. Hazırda isə Ukraynada 25-60 yaş arası kişilər orduya çağırılır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Karlson   ABŞ   Ukrayna   ittiham  





Xəbər lenti