Kliçko: “Müharibə 1-2 aydan sonra bitə bilər”
![Kliçko: “Müharibə 1-2 aydan sonra bitə bilər” Kliçko: “Müharibə 1-2 aydan sonra bitə bilər”](https://azvision.az/photos/2025/02/KLIC-1739280177.jpg)
“Biz hərbi əməliyyatların sonunu modelləşdirə bilərik, ümid edirik ki, bu, bir-iki aya baş verəcək, amma hansı şərtlər altında olacağı bəlli deyil. Əminəm ki, bunu müsbət kompromis adlandırmaq çətin olacaq və bu, hər bir ukraynalı üçün çox ağrılı ola bilər. Bir çox amilləri nəzərə alaraq, biz hamımız bunu başa düşürük”, - Kiyevin meri bildirib.
Onun sözlərinə görə, ordunu saxlamaq baha başa gəlir, müharibədən sonra ehtiyatda olanlar və işlə təminat problemi yaranacaq. Seçkilər cəmiyyət üçün qarşıdurmalara və ağrılı kompromislərə səbəb ola bilər.
- Orduya sahib olmaq ucuz zövq deyil; hazırda onun sayı bir milyona yaxındır. Hərbi əməliyyatlar bitdikdən sonra ordunun saxlanılması daha böyük problemdir. Ən azı onun üçdə biri ehtiyatda olmalıdır, bu insanlar maaş və tez işə qayıtmağı tələb edirlər və bu zaman seçki məsələləri başlayır. Qorxuram ki, cəmiyyətdə məhv etmək uğrunda mübarizə başlayacaq və sözdə güzəşt ağrılı şəkildə qəbul oluna bilər”, - Vitali Kliçko narahatlığının səbəblərini açıqlayıb.
Ukrayna öaytaxtının merinin fikrincə, siyasi qüvvələrin eyni şüarlardan istifadə etməsi nəticəsində seçkilər münaqişələrə və vətəndaş qarşıdurmalarına səbəb ola bilər ki, bu da cəmiyyətdə depressiv əhval-ruhiyyə yaradır.
“Keçirilən seçkilər fonunda bütün siyasi qüvvələr bir çox amilləri nəzərə alaraq bundan faydalanmağa çalışırlar. Mən çox qorxuram ki, bu istiqamətdə iğtişaşlar yaransın və vətəndaş qarşıdurması baş versin. Çünki biz müxtəlif ölkələrin tarixindən görürük ki, hərbi əməliyyatlardan sonra belə depressiv əhval-ruhiyyə yarana bilər ki, bu da artıq oxşar vəziyyətlərə gətirib çıxarıb”, - siyasətçi postmünaqişə dövründə cəmiyyətdə parçalnamaya və qarşıdurmaya yol verməmək üçün bir növ Ukraynanın siyasi qüvvələrinə müraciət edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Kliçko müharibə nəticələr