Ramin Məmmədov: Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılması vacibdir
![Ramin Məmmədov: Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılması vacibdir Ramin Məmmədov: Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılması vacibdir](https://azvision.az/photos/2025/02/c998012d-5ed4-306d-9041-dcee828a4999_850-1739338995.jpg)
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən fərqli dinlərə aid mənəvi irsin bərpası və qorunması məqsədilə həyata keçirilən layihələr dini dəyərlərə həssas münasibətin bariz nümunəsidir. Görüşlər zamanı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yad dini ideologiyaların yayılmasının qarşısının alınmasının vacibliyinə də toxunan Ramin Məmmədov bildirib ki, din insanların mənəvi ehtiyaclarını ödəmək üçün mövcud olan dəyərlər sistemidir.
O qeyd edib ki, dinin ayrı-ayrı qrupların maraqlarının ideoloji interpretasiyası kimi təqdim edilməsi fəsadlar doğura bilər. Bu cəhdlərin qarşısını almaq üçün ən effektiv üsullardan birinin dini maarifləndirmə olduğunu qeyd edən Dini Komitənin sədri din xadimlərinin üzərinə milli-mənəvi dəyərləri düzgün təbliğ etmək kimi məsuliyyətli vəzifənin düşdüyünü vurğulayıb.
Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılmasının mühüm məqamlardan biri olduğunu deyən Ramin Məmmədov onların bilik və bacarıqlarının artırılması, səmərəli fəaliyyətinin təşkili ilə bağlı fikirlərini bölüşüb. Din xadimləri isə maarifləndirmə işlərinin daha da genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Azərbaycan Prezidenti İlham Əliyevin dini sahəyə göstərdiyi qayğı, dini icmaların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması sahəsində həyata keçirdiyi tədbirlər üçün minnətdarlıqlarını ifadə ediblər.
AzVision.az
Teqlər: