Neftçalada qanunsuz tikili sökülüb - VİDEO

Neftçalada qanunsuz tikili sökülüb -    VİDEO
  12 Fevral 2025    Oxunub:220
Neftçala şəhərində qanunsuz tikili sökülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Neftçala Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.



AzVision.az



Teqlər:





Xəbər lenti