Ermənistanın Rusiyadakı səfiri məhkəməyə çağırılıb

Ermənistanın Rusiyadakı səfiri məhkəməyə çağırılıb
  12 Fevral 2025    Oxunub:196
Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan məhkəməyə gəlmək zərurəti barədə bildiriş alıblar.
AzVision.az Ermənistan mediasına istinadən xəbər verir ki, onların çağırıldığı iş Arsenyan və Melkonyana məxsus ərazilərdə, eləcə də “Vətəndaş müqaviləsi” partiyasının ofisinin yanında partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlıdır. Bu iş üzrə istintaq artıq yekunlaşdırılıb və materiallar məhkəməyə təqdim edilib.

İstintaqın məlumatına görə, şübhəli şəxs keçən il fevralın 20-də Qurgen Arsenyanın rəhbəri olduğu “Birləşmiş Fəhlə partiyası”nın ofisindən 9 metr aralıda əldəqayırma partlayıcı qurğunu (1 kq trotil və pentalit) yerləşdirib. Daha bir bomba “Vətəndaş müqaviləsi” pratiyasının ofisi yaxınlığında tapılıb. Lakin mexanizm nasaz olduğu üçün qurğular işə düşməyib.

İş üzrə zərərçəkənlər qismində Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan, Qaqik Melkonyan və Qurgen Arsenyan tanınıb. Onlar ifadə vermək üçün məhkəməyə çağırılıblar. Amma bildiriş verilsə də, məhkəmə iclaslarına getmirlər.

Qeyd edək ki, bu iş üzrə “Daşnaksütyun” partiyasının üzvü Qaqik Sarkisyan həbs olunub və onun həbs müddəti mütəmadi qaydada uzadılır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Arsenyan   Melkonyan   məhkəmə  





Xəbər lenti