RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya olunub

RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya olunub
  12 Fevral 2025    Oxunub:174
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus Vahid Elektron Xidmətlər Portalı (portal.rinn.az) saytında təqdim edilən bütün elektron xidmətlər "mygov" tətbiqi və "my.gov.az" veb platformasına inteqrasiya edilib.
AzVision.az xəbər verir ki, RİNN-in strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətləri (57 xidmət) "mygov" üzərindən həyata keçiriləcək.

Vahid Elektron Xidmətlər Portalı 2022-ci ildə RİNN və tabeliyindəki qurumların bütün elektron xidmətlərinin vahid sistem üzərindən əldə edilməsi məqsədilə yaradılıb. İlk olaraq portala 6 xidmət inteqrasiya olunub: "AzInTelecom" MMC-yə aid "Mobil cihazların qeydiyyatdan keçirilməsi", "Mobil cihazların qeydiyyat tarifi", "IMEI yoxlama", "Lokal çıxış (şəhər, rayon, daxili) danışıqlarının statistikası", "Vətəndaşların adına olan mobil nömrələr haqqında məlumat", həmçinin "Azərpoçt" MMC-yə aid "Poçt göndərişlərinin izlənilməsi" xidmətləridir. Daha sonra digər 51 xidmətin də portala inteqrasiyası həyata keçirilib.

AzVision.az


Teqlər: RİNN   mygov  





Xəbər lenti